Debat nədir?



Yüklə 0,58 Mb.
tarix25.02.2022
ölçüsü0,58 Mb.
#114690
Debat


AZƏRBAYCAN TIBB UNIVERSITETI

• DEBAT KLUBU •

Debat nədir?

Debat tədris programı olub, oyun formasında aparılır. Qısa desək, debat bir müzakirə formasıdır. Kim üçün əyləncə, kim üçün dost əhatəsi, kim üçün inkişaf yolu, kim üçün isə həyat tərzidir.

Gəlin onda debatın bizə verdiklərinə nəzər yetirək;


    • Danışıq qabiliyyətini inkişaf elətdirir, jest və mimikadan düzgün istifadə, bir sözlə natiqlik qabiliyyəti
    • Auditoriya qarşısında sərbəst çıxış etmək
    • Qarşındakı rəqibin olsa belə hörmətlə yanaşmaq
    • Diqqəti bir nöqtədə cəmləmək
    • Çətin vəziyyətdən asanlıqla çıxmağı bacarmaq
    • Dostlar, aktiv sosial ətraf qazanmaq və s.

Bəs nə üçün debat?
  • Oyun əvvəlcədən müəyyən edilmiş bir mövzu, bir və ya daha çox hakim və iki komanda əsasında formalaşır.
  • Hər komanda debatın növündən asılı olaraq 2 və ya 3 nəfərdən təşkil olunur.
  • Komanda üzvləri spiker1, spiker2, spiker3 olmaqla bölünür.
  • Hər spikerin müəyyən bir vəzifəsi olur və komanda əvvəlcədən araşdırdığı mövzu üzrə öz mövqeyinin (təstiq və ya inkar) daha düzgün olduğunu hakimə izah edir.
  • Oyun sonunda hakim mövqeyini düz hesab etdiyi komandanı açıqlayır və həmin komanda oyunu udmuş hesab olunur.

Debat necə oynanılır?

Bunu sadə dillə belə də izah etmək olar;

Siz bir mebel şirkətisiniz və digər şirkətlərlə rəqabətdəsiniz. Hakimə öz məhsulunuzun nə üçün ona daha uyğun olduğunu və sizi seçməli olduğunu izah edirsiniz. Hakim otağa girdikdə həm sizin həm də qarşı komandanın ona göstərdiyi stula baxacaq. Bəlkə də sizin stulunuz ilk baxışda hakim üçün daha gözəl idi və o oturmaq üçün o stulu seçəcəkdi, lakin siz stulunuzu reklamlamağı bacarmasanız və ya səhvlərə yol versəniz (desəniz ki, bu stulun söykənəcəyi, tutacağı, təkərləri var ,amma ayağının biri qırıqdı) hakim təbiki digər komandanın sadə olan, amma daha yaxşı olduğunu düşündüyü stulu seçəcək.

Onun hansı stulu seçəcəyi isə tamamən sizdən aslıdır.

Turnirə necə hazırlaşırıq?

Siz qeydiyyatdan keçdikdən sonra təlimlərə dəvət olunursunuz və təlimçilər sizə debatı bütün xırdalıqları ilə izah edir. Bu təlimlərdən sonra komandalara bölünürsünüz və hər komandanın öz məşqçisi olur. Bu məşqçilər hazırlıq prosesində sizə qaranlıq qalan, aydın olmayan hissələrdə bütün köməklikləri göstərir və siz artıq ilk turnirə hazır olursunuz.

  • Oyunda ən yaxşı çıxış etmiş iştirakçılara «ən yaxşı natiq» medalı verilir.
  • Qalib komanda isə kubok, medal və sertifikat ilə təltif olunur.
  • Oyunda ən yaxşı çıxış etmiş iştirakçılara «ən yaxşı natiq» medalı verilir.
  • Qalib komanda isə kubok, medal və sertifikat ilə təltif olunur.

Debat klubuna necə qoşula bilərəm?

Qeydiyyatdan keçmək və sizə qaranlıq qalan nöqtələri soruşmaq üçün klubumuzun sədri :



Məhəmməd Məmmədovla əlaqə saxlaya bilərsiniz.
  • (077 371 20 00)

Bu hakim, bu siz,

Bu da çıxış üçün altı dəqiqəniz.

Oyun başlasın!
Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin