Dədə Qorqud ● 2015


Nərgiztəpə ərazisində yerləşən Afşar qəbiristanlığı



Yüklə 8.13 Mb.
səhifə6/20
tarix23.02.2020
ölçüsü8.13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Nərgiztəpə ərazisində yerləşən Afşar qəbiristanlığı
Başqa bir rəvayətdə isə onun öz əcəli ilə öldüyü göstərilir. “Qaraçuq Ço­ban ölümünün ya­xınlaşdığını duymuş, Qaraçuq dağının başında dayanıb, sapan­dı­na böyük bir daş qoyub atmış və demişdir: “Sapandın daşı hara düşsə, məni orada dəfn edərsiniz”. Daş gəlib Qaraçuqdan təx­mi­nən 15 kilometr aralı olan Nərgiztəpəyə düşmüşdür. Odur ki, öləndə onu burada dəfn etmişlər. La­kin Qara­çuq Çobanı nə götürmək, nə də bir qəbrə yerləşdirmək mümkün olmadı­ğın­dan baş, bə­dən, iki qol, iki qılça olmaqla 6 hissəyə bölüb ayrı-ayrı qəbirlərdə bas­dırmışlar” [Cəmşidov, səh.91].

Hazırda Qaraçuq Çobanın qəbri deyə göstərilən Nərgiztəpə adlı bu yer çox qədim bir qə­bi­ristanlıqdır. Burada köhnə qəbirlərin sinə və baş daşları üzə­rin­də ox-kaman, at, atlı, ev, kuzə və s. şəkillər həkk edilmişdir.

Söyləyicilər bəzən bu obrazı müasir dövrlə əlaqələndirirlər. Qaraca Ço­ban haqqında in­for­masiya verən söyləyici sonda mətnə təəssüf hissiylə belə bir əlavə etdi: “Onnan sora Qara Ço­ban çıxdı getdi, erməni gəldi ora yelihləndi” [Qa­ra­bağ, VII c., səh. 22]. Erməninin bu ərazilərə yer­ləşməsi çox yaxın tarixin məh­suludu. Mifoloji obraz olan Qaraca Çobanın bəzən belə “mü­a­sir­ləşdiril­mə­si” son dövr hadisələri ilə əlaqədar olaraq olduqca təbii görünür, söyləyici öz yer-­yurd nisgilini məhz bu formada büruzə verir. Bəzi mətnlərdə söyləyicilər Qaraca Çobanın yataq ye­rinin və qoyun arxacının ermənilər tərəfindən əkilərək məhv edilməsini də vurğuladılar [Qa­ra­bağ, VII c., səh.23].

Sonuc. Bütün bu deyilənlərə əsasən belə bir nəticəyə gələ bilərik ki, bu böl­gədə mövcud olan Qa­raca Çoban obrazı ilə bağlı mətnlərdə “Dədə Qorqud ki­tabı” ilə bağlı səsləşmələrin olması ilə bə­rabər, Qaraca Çoban və yaxud Qara Ço­ban mifoloji obraz kimi də özünü göstərir.
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Top­layanlar: Nəbioğlu V., Kazımoğlu M., Əsgər Ə., Bakı, Səda, 2005

2. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağ­daş folkloru / Top­layıb tərtib edən: Rüstəmzadə İ. Bakı, Səda, 2006

3. Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild. Bakı, “Yeni nəşrlər evi”, 2000

4. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”u vərəqləyərkən. Bakı, Gənclik, 1969

5. Qarabağ: folklor da bir tarixdir. VI kitab. (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2013

6. Qarabağ: folklor da bir tarixdir. VII kitab. (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Zərdabi LTD” MMC, 2014

7. Şəki folkloru örnəkləri. II kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2014

8. Şəki folkloru örnəkləri. III kitab. Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova). Bakı, “Elm və təhsil”, 2016



9. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1967
Çapa tövsiyə edən: fil.ü.e.d. Seyfəddin Rzasoy

Folklorşünaslıq: problemlər, tədqiqlər







Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə