Afşar qəbiristanlığında Qaraca Çobanın qəbrinin yerləşdiyi ərazi Şamil Cəmşidovun yazdığına görə, bölgə əhalisi Qaraca Çobanın ölümü haqqında belə məlumat verir: “Qaraçuq Çoban peyğəmbər əyyamında yaşamışdır. Lakin o, Allahı, peyğəmbəri tanımazmış. Bir gün iki dərviş onun yanına gəlib, peyğəmbər adından danışaraq, qoyunlardan qurban kəsməyi tələb edir. Bunu qəbul etməyib dərvişləri qovduğu üçün Allahın Qaraçuq Çobana acığı tutub, özünü və qoyunlarını daşa döndərmişdir” [Cəmşidov, səh.91].