DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə120/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   116   117   118   119   120   121   122   123   ...   131
Yasin surəsinin qüdrəti

Peyğummər dövründə (Allahumməsəlli əla Məhəmmədin və ali Məhəmmət) bir dənə kişiynən bir dənə arvat olur. Diyir ki, peyğummər ürək oxuyan olur. Diyir ki, bə sən be belə namaza gedirsən, be belə meçidə gedirsən. Sən örgənginən ki, sənin ömrüə nağada qalıb? Bu, ərinə deyir.

Diyir:


  • Hə, yaxşı yadıma saldun.

Kişi də meşədən şələ bağlıyıb gətirirmiş, arvad bazarda satırmış. Buniynan dolanıllarmış. Kasıbçılığnan. Vaxd gəlir, vədə gəlir. Gün batır, arvad munu tələsdirir, diyir ki, gedginən, de peyğummərə, namazın axırına qal, diynən ki, mənim ömrümə nəğada qalıb? Bu, arvad diyəni eliyir. Gedir meçidə, dəsdəmaz alır, namaz qılır, hamı dağılır. Peyğəmmər öz mağamıynan, Quranıynan məşğul olur, Yasiniynən məşğul olur. Allahnan vəhdə, söybətində olur.

Bu gedir dizin-dizin peyğummər bilirdi, bu qoca neyçin qalıb axıra. Ürəgin oxiyirdi, bilirdi, Allah tərəfinnən ona əyan olmuşdu. Gedir ona dizin-dizin. Diyir, ya Peyğummər, bəs diyə bilərsən ki, sən bilirsən mən neyçin diyandım belə... Sənin hüzuruua gəlmişəm.

Diyir:


  • Billəm. Diyirsən ki, ömrümə nə qədər qalıb.

Durur əyağa, 2 rükət Hacət namazın qılır peyğummər. Əlin çöyürür Allahın dərgahına. Allahnan vəhdə, söybətində olannan sora canına qurban olduğum cənabi Cəbrayıl tərəfinnən mələydi, 4 qardaş, Cəbrayıl, İsrayıl, Mikayıl, Əzrayıl. Cəbrayıl Allah tərəfinnən Peyğəmmərçün xəbər gətirəndi. Allah-taala İmam Hüseyn xətrinə hamuuza şad xəbərrər yetirsin, bu öynən bahəm. Sora gedir diyir ki, bəs sənin ölümüə 40 gün qalıb.

Diyir, gənə də Allaha razılığın bildirir qoca. Diyir:



İnsan axşamacan çox şükür eləməlidi, yidiginə, işdiginə, gəzdiginə, udduğu ha­vıya, işdiyi suya. Heç dilimizə təsadüf halda gəlir şükür sözü. Ama dənizdərin damcısı qədər, torpağların giləsi qədər, ağaşdarın, meşələrin yarpağları qədər gərəy şükür eliyəsən. Görün nə qədər Allaha şükür eləməliyük. Yolda bir şikəs görəndə diyirsən ki, Xudavəndi-aləm, şükür məslaatua. Bu sözü diyirsən ha, o görürsən əziyətnən yeriyir. Əziyətnən çörəy qazanır. Əlin açır, dilənçiliy eliyir. Diyirsən, görürsən də Allahın mö­cüzəsidi o. Görürsən, bu baxdua şükür eliyirsən. Allah, bu kəlamlar köməy olsun, ha­mımızun balasına. Sora bu kişi gəlir öyə. Arvat tez mını qarşılıyır. Diyir:

  • Kişi, gəldün?

Diyir:

  • Hə.

Diyir:

  • Peyğəmmərə didün nəğədə qalıb ömrüə?

Diyir:

  • Nəğədə qalıb?

Diyir:

  • 40 gün.

Diyir:

– Kişi, sən bilməlisən ki, 40 günəcən əgər gündə 3 şələ gətirirdünsə, o şələni 2 qat artırmalısan. Çünki biz məclis yola verəcüy, gələnimiz olacey, gedənimiz olacey. Sən bə məniyçin çörəy pulu qoymalısan. Arvat Allaha ümüdsüz iymiş. Allahdan ümüdünü üzməgnən əgər deyilsə ki, bir sahat qalıb ömrüə, əlüü Allahın dərgahına açıb şükürlər eləsön, Allahdan diləy diləsön, Allah səs eşidəndi, Allah görəndi, biləndi, dərk eliyəndi. Allah keçəndi. Bir-birinin indi günahınnan keçmir. Böyük kiçigin, kiçig böyüyün günahınnan keçmir. İndiki zamanada. Əksinə, nə qəddər pisdik eliyən adam olsa, çalış yaxşılıx elə. O yaxşılıx həm öz qarşua, həm bacıun, qardaşuun, öyladıun, anoun qarşısına mütləy çıxmalıdı.

Sora gənə gecə yatır, səhər açılır. Bu şələsinin miqdarın artırır. Bu kişi əldən, dildən düşür. Mının 40 gününə 2 gün qalmışımış. Bu gedir çölə. 38 gün keçir. Gedir çölə. Gedir görür ki, bir çoban sürünü verib ağacın, meşənin kölgəsinə, oturub, xəndəydən su açılıb. Qəşəy şar-şurnan su gedir. Çoban dəsdamaz alır, namaz qılır. Oturur, sırfasına mını, qoca kişini, şələ daşıyan kişini sırfasına dəvət eliyir. Bu oturur burda mınıynan. Çobanın nolacax sırfasında. Şorı, soğanı, duzi, çörəgi. Yoxsulluğnan dolanır, çobandı də. Ən aşağı vəziyətdə. Oturur, Allah, bu iştahnan yiyir. Bu şələçi də qoca kişi qoşulur mına. Oturur şələnin üsdünə, görür Yasinə başdadı. Əlin açır Allahın dərgahına, deyir:

– Xudavəndi aləm, mənim də ölümmə 2 gün qalıb, bəlkə, heç mən ölüm əyağında Yasin surəsin eşidmiyicək qulağlarım. Qoy bu Yasin surəsinə mən qulağ asım. Şələmin nolacağ 2-si, 3-ü əssiy olsun. Allaha ümüdün bağlıyır. Bu diyanır, Yasin surəsi 1-ci kəlamınnan axırıncısınacan əli açığ qulağ asır. Yasin oxunanda əl açıl­malıdı, dərk eləməlisən, qanunnan, canunnan... Yasin surəsin hopdurmalısan özünə.



Mən, qızım, bı sırfada olan çörəy hakqı, təpədən dırnağa yatdığım yerdə ör­gən­mişəm Yasin surəsin. Yasin surəsin təpədən dırnağa mən oxuyum, sən qulağ as, gət kitabı da tut əlündə. Gör onun bir kəlməsi səfdisə, diyərsən, arvat səf danışdı. Yu­xu­da öz-özümnən örgənmişəm. Yasin kitabım da var. Nə danışdun, gərəy düz da­nı­şa­san. İndiki gündə öz yoldaşımçın da, qaynımçın da, baldızımçın da, qaynım oğlı şə­hit­di, olarçın da, atamçın, anamçın Yasin oxuyuram. Keşdim indi o sözə ki, o qoca gə­lir, şələsin götürür, Fatihəsin verir. Çoban qutarır, gəlir öyə. Arvad görür ki, gün ba­tıb, malnan, heyvannan gəlir bu, hirsdənir kişiyə. Diyir ki, bəs indi gəlib çıxarsan, in­diyəcən 2 şələ də əlavə gətirə bilərdün. Bəs sən indi büyün, səhər öləcəysən? Bəs sənin şəlön əssiydi.

Diyir:


  • Arvad, Allah kərimdi, Allahdan ümidimi üzməmişəm, üzmiyəcəm də. Allah kərimdi.

Diyir:

  • Bəs neyçin?

Diyir:

– Mən Yasına qulağ asdım, sən gör nə diyirəm. Didim, bəlkə, sən məniyçin vaxdında çatışdırıb gətirə bilmədün. Ona görə orda Yasin surəsi oxunurdi, bəs belə.

Bu mağamda bi adam gəlir, mının atası çoxdan rəhmətə gedib. Allahın möcüzəsinə bax.

Diyir:


– Aton filan vaxdı rəhmətə gedəndə mənim ona borcum varıydı. İndi bəs halal­lıxçın gəldim. Diyir dənə ki, bəs neçə dinar mən aton rəhmətə gedəndə borjdu qal­mış­dım, gələ gətirmişəm həmən borcumu. Odunçu kişi üzün çöürür qıbla səmtinə, diyir:

– Xudavəndi aləm, bu Yasın surəsinin mərhəmətinə, munun qüdrətinə, qüvvə­ti­nə baxgınan ki, həqiqətən də, Quranın ürəgidi Yasin surəsi. Gör bu danışıx məqa­mında neçə illər əvvəl, 30 il mınnan qabax atam rəhmətə gedib. O uşax balaca olub. Nənə­dən, babadan örgəndiyi ki, atoun bəs borcu var. Gətirib bu mağamda pulu verir ona. Ar­vad alır, səsi kəsilir, gedir. Səər açılır. Axşamı uje, 2 gün keçənnən sora arvat diyir, gəlginən, kişi, get meçidə, namazuu qıl, gəl, yerün hazırdı. Yeriüün üzünü çö­yür­müşəm qıbla səmtinə, dəsmalı çənönçün hazır qoymuşam, gözünçün hazır qoy­muşam. Bu peyğummərin diməyinən arvad hazırrığın görmüşdü. Day dimir ki, hər şey Allahın əlindədi. Hər şeyi yaradan da Odu, alan da Odu, verən də Odu. İnamun gərəy ola, hər şeyə gərəy inamun ola, ümüdüü Allahdan üzmiyəsən. Gəlir diyir:



  • Hə.

Diyir:

  • Kişi, yiyib uzanırsan, ya yiməmiş?

Diyir:

– Heç yiməsəm də olar. Gərək ki, elə xəyal elə təmiz, elə bir bədənni yükliyib elə xəyal elə, diyir, ölmiyəsən. Ay nə bilim ki, fılan şeydə gözüm qalmasın, xəsdiyəm, ya büyün ölərəm qoy yiyim. Hər şeyi yidün, gərəy o şeydən tam doymamış çəkiləsən. Bu kişi gəlir uzanır yerinə. Arvat da əlində dəsmalıynan gözdiyir. Görür Allah, süb namazının vaxtı keşdi. Bu kişi elə, şələdən, çöldən gələn kişidi, bu yatıb. Bu, nə heç ölmir, nə eləmir. Səhər açılır. Kişi gənə süb namazına qalxır, gedir meçidə. Meçid yaxınıymış. Durur, diyir, kişi, gessün, peyğummərə deginən ki:

– Bəs, ya peyğummər, peyğummər də yalan danışar? Mən bugünki gecədə ölməliydim, nöş ölmədim? Gərəy mən ölməliydim. Həə. Gedir namazın qılır dizin-dizin, hamı dağılır. Bu qoca kişi gedmir. Gedir peyğummərin yanına. Diyir:

– Ya peyğummər, sənə Allah tərəfinnən agahdı ki, mən sənin qarşua neyçün gəlmişəm.

Diyir:


  • Bilirəm.

– Əlin açır Allaha. Allah tərəfinnən, cənabi Cəbrayıl xəbər gətirir. Diyir ki, bəs o çöldə ki Yasın oxundu, o Quran ayələrinə nə qədər qədir-qiymət qoydi, o qəddər sıdqı-ürəynən əlin aşdi, ona ki, qanıynan, canıynan qulağ asdı. Ona görə 40 il də bunnan belə ona ömür bağışdandı. O cavannaşacağ, günü bu günnən. O, nə əlinnən, dilinnən, gözünnən olmıyacağ. Çünki Yasin surələrinə qulağ asıb. Odu ki, məclisdərdə, mən gedəndə, bala, sakitdiy olanda danışıram bı imam kəlmələrinnən. Diyirəm ki, Yasin surəsinə qiymət verün. Gərəy birinci namazunnan, orucunnan, düz sıtqı qəlbünnən, əlünən, əməlünən yaşıyasan. Buna görə ibrətdi kəlmələrdən, kəlamlardan ən böyigi, qüvvətdisi, qüdrətdisi bax elə bu Yasin surəsidir.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin