DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Söylədi: Kərbalayi Səkinə Reyhan qızı. 1930 təvəllüdlü, 1 sinif oxuyub, təqaüdçü. Salyan rayonu Çuxanlı kəndi



Yüklə 1,49 Mb.
səhifə122/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   118   119   120   121   122   123   124   125   ...   131
Söylədi: Kərbalayi Səkinə Reyhan qızı. 1930 təvəllüdlü, 1 sinif oxuyub, təqaüdçü. Salyan rayonu Çuxanlı kəndi

Sıfatnomun nağılı

Bir gün bir oğlan olır, yoxsul olur. Amma üç bacı olur, üç bacının biri bu oğlanı çox sevir. Sən dimə, bu ölkənin şahı da həmən qızı issiyirmiş. Bu oğlan issiyən qızı. Bu öyrənir ki, qız onu issiyir. Ofşim, bilici çağırır, diyir ki, bını elə yerə göndərəy ki, bı oğlan gedər-gəlməz olsun də... Diyir, yaxşı. Oğlanı çağırıllar, diyir ki, bilirsən, nə var?

Diyir ki, yox.

Diyir:


– Şahın əmri var, bi dəə yer var, ora gedəssən, bir şey var, onı gətirəssən.

Diyir:


– O nədi?

Diyir ki, gedərsən ora, bilmərsən hara, gətirərsən onu, bilmərsən neyi.

Ofşim, gəlir həmən qıza xəbər eliyir ki, hal-hekayət, belənçiy. Bılar da tilsim­baz iymiş, üç bacıymış, üçü də tilsimliymiş. Dünyanın hər yerinnən xəbərdar iymiş­lər. Oğlana diyir ki, sən yatginan, səən işün olmasın. Bu ağ sapı atır, düşür ardına, gedir, bi dənə mağarıya ras gəlir arvad. Hə... Orda bi qarıdan soruşur ki, hal-hekayət, belənçiy. Belə bir məsələ var. Onı bilmirsən? Diyir, yox. Gedir özünnən bööy ba­yıs­sının yanına. Diyir ki, hal-hekayət, şah belə bir əmr verib, bınnan xəbərün yoxdı ki?

Diyir:


– Yox.

Diyir:


– Ged, bəlkə, bööy bacımız bilər.

Gedir bööy bayıssının yanına, diyir ki, hal-hekayət belənçiy. Şah əmr verib, bəlkə onı biləsən. Bööy bayıssı da diyir ki, sən ged gözzə məni, mən axşam onı yoxlıyaram. Bı da həmən ağ sapı atır, gedir, bi dənə mağarıya ras gəlir. Orda da bi dənə keçmiş qarı, orda diməy, yaşıyırmış. O qarıdan soruşur ki, hal-hekayət belənçiy. Şah belə bir qulluğ buyurub, gör onı nətəhər gətiməy mümkindisə... Diyir, belə bi şey var, ancağ çox qorxulu şeydi. Onın ətrafı od-halo yanır, yüz metrə ətrafında hər tərəfində, dört çarasında aloo göyə dirənir. Ora girməy mümkin döyir.

Diyir:

Bi dənə əjdaha qurbağa var, əyər sən o əjdaha qurbağıynan tullana bilsün o tərəfə, onda sən o şeyi görəssən, orda nə var.

Hə... gəlib bayıssına nağıl eliyir ki, hal-hekayət belənçiy. Səən yoldaşun belənçiy gərəy gedə filan dəryanın qırağında qurbağa var, onı nətəhər yidizzirə, içizzirə, həmən o aloodan onı ata içəri. Hə... bı da gedir, qurbağıynan nətəhərsə, balığlardan tutur verir, ya nətəhərsə, ofşim, tanış olır. Diyir:


  • Məə ayid sözün?

Diyir ki, hal-hekayət belədi. Qurbağa da diyir ki, ora gedməy çətindi. Diyir, bəs nətəhər? Diyir, baxaruğ də. Bı bırda qalır, nəğədər ona qulluğ eliyir, yiyizzirir, nətəhər zad eliyirsə, ofşim, bir gün atdanır, qurbağa bını atır həmən zaddan, oddan içəri. Hə... görür ki, bi nəfərin əli-əyağı bağlanıb, neçə il bınnan qabağ bı da həmən məksədə gəlib, ofşim bının əlin-əyağın bağlıyıblar, əsir tutublar.

Diyir:


– Ayə, nədi bu?

Diyir:


– Hal-hekayət belənçiy.

Diyir:


– Ayə, kül başua, öldirəcəylər səni. O elə bir şeydi ki, gözə görümmür. Gözə görümmür, gəlir qəflətən yaxalıyır.

– Bə nətəhər?

Diyir:

– Sən məəm əyağımı aç, mən qurbağıynan atdanım o taya, sənə çəmin diyəcəm.



Diyir:

– Yaxşı.


Bının əlin-əyağın açır, qurbağıynan atdanır oyza. Hə... Bı başdıyır həmən zadı iz­ziyir gizzində, həmən nədisə, gözə görümmür də... Gəlir, ofşim, bı acıyıbmış, acıyan­da diyirmiş, ey Sıfatnom, misalçın, fılan şey xətrim issiyir, fılan şey xətrim issiyir. Sur­fa­nın üssü dolur, ürəyün nə issəsə, orda var. Ofşim, bını izziyir, örgənir mını. Bı nə di­yir, nə təhər hərəkət eliyir, zad eliyir. Bı yiyib-içib çıxıb gedənnən sora bı da gəlir. Diyir:

– Ey Sıfatnom, fılan şey, fılan şey.

Görür, bah, surfaan üssi dolır eee... Hər şey, nə diyib, onnan.

Diyib:


– Ey Sıfatnom, məənən gedərsən?

Diyir ki, hə, gedərəm, ancağ məni əldən-ələ vermiyəsən.

Diyir:

– Yaxşı.


Ofşim, bılar gizzincə diyib ki, qurbağanı çağır gənə də. Elə şey vermişdi ki ona qurbağa, misalçın, onı yandıran kimi qurbağa atdanacağ gənə bı taya. Həmən o sığnalı verir, qurbağa gəlir, atdanır o taya. O sahat atdanannan sora diyir ki, ey Sıfatnom, bırdasan?

Diyir:


– Hə.

Ofşim, gəlillər. Təəfil verir arvada ki, hal-hekayət, belənçiy, gətirmişəm.

Diyir:

– Hə?


Diyir:

– Hə.


Hə... Aparıllar şahın yanına, diyir ki, ey Sıfatnom, elə bil şahın ürəyi nə issiyir, onnan. Hər şey, surfa hazır olur. Onnan sora bıları şaha təəfil verir, onnan sora şah bınnan əl çəkir ki, doğurdan da, diyir, o qız halaldı sənə. Tay bınıynan da nağıl qutarır. Bırda əsas yadunda qalsın də... Şah diyir ki, gedərsən ora, bilmərsən hara, gətirərsən onı, bilmərsən neyi.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin