Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Təyyar SALAMOĞLU
Filologiya üzrə elmlər doktoru
ADPU-nun professoru
e-mail: tayyarsalamoglu@yahoo.com
EPOSDAN ROMANA DOĞRU
(“Qarlı aşırım”da epos ənənələri)
I yazı
Namus qanunu: eposda və romanda
Xülasə
Məqalədə F.Kərimzadənin “Qarlı aşırım” romanı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları ilə müqayisə müstəvisində araşdırılır. Romanın “dünya modeli” kimi özünütəsdiqində milli epos ənənələrinin roluna diqqət yetirilir. Epos qəhrəmanları ilə roman qəhrəmanları qarşılaşdırılır. “Roman qəhrəmanlarının xarakterində, düşüncə və əməllərində önə keçən “namus qanunu”na sitayiş aktı epos ənənəsindən gələn və nəticə etibarı ilə etnik yaddaşın milli düşüncədə yaşamaqda olduğunu sübut edən arqument kimi ümumiləşdirilir.
Açar sözlər: ənənə, epos təfəkkürü, roman, milli xarakter, təhkiyə
Dostları ilə paylaş: |