Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Nizami MURADOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun şöbə müdiri
e-mail: nizamimurad@gmail.com
KƏMALƏDDİN QƏDİMİN POEZİYASI VƏ FOLKLOR
Xülasə
Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan Kəmaləddin Qədimin adı poeziya sevərlərə yaxşı tanışdır. Şairin xalq yaradıcılığından faydalanaraq yazdığı əsərlərdə folklor ruhu yaşayır. K. Qədim əsərlərində Vətən, el istəyi, torpaq təssübkeşliyi, təmiz sevgi ilə müasirlərinə örnək olan şairdir. Bənzərsiz, obrazlı deyimləri şairi fərqləndirən başlıca xüsusiyyətlərdəndir. Uşaqlıqda eşitdiyi nağıl, dastan və əhvalatlardan şair yeri gəldikcə şeirlərində istifadə edir. Şeirləri bədii cəhətdən mükəmməl, ideya nöqteyi-nəzərindən sağlam məfkurəlidir. Şeirlərində vətənpərvərlik, xalqına, millətinə sədaqət, inam əsas yer tutur.
Məqalədə şairin son dövrlərdə yazdığı şeirlərinin az bir hissəsindən bəhs edilir. Şairin çoxcəhətli yaradıcılığı daha böyük araşdırmaların predmeti ola bilər. İnanırıq ki, gələcəkdə belə də olacaqdır.
Açar sözlər: Kəmaləddin Qədim, vətən, şair, şeir, folklor, nağıl, at, oyun.
Dostları ilə paylaş: |