İşin elmi yeniliyi və əsas nəticəsi: Beləlikə, bu yazımızdakı bəzi təsbitlərə istinadən deyə bilərik ki, türk dastan mətnlərinin şifahi olaraq söyləndiyi zaman kəsiyi çox əski dövrləri (eramızdan öncəki dönəmi) əhatə edir. Bu gerçəkliyə görə də əski türk xalqlarının “qam”, “ozan” kimi tiplərinin irəliki mərhələlərdə “yeni türk dastan söyləyici tipini” yaratdığını rahatlıqla söyləmək mümkündür.
Araşdırma dairəsinə daxil edilən türk qəhrəmanlıq dastanlarının bir çoxunda isə struktur özəllikləri baxımından bənzərliklər vardır. Türk dastanlarında qeyri-adi elementlərin zənginliyi, qəhrəmanların sıradan olmayan, fövqəladə varlıqlarla mücadilə etmələri və hər mücadiləni zəfərlə sona çatdırmaları da ümumi türk dastan gələnəyinin ortaq özəlliklərindəndir.
Dostları ilə paylaş: |