DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə76/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   72   73   74   75   76   77   78   79   ...   131
Vücudnamənin variantları: Aşıq Valeh (1729-1822) Azərbaycan aşıq şe­rinin ustad nümayəndələrindəndir. Onun vücudnaməsi haqqında ilk məlumat verən­lərdən biri F.Köçərli olmuşdur: “Kərbəlayi Səfi mərhumun əşari-müxtəlifə­lərindən birisi də insanın məbudu ana bətnində bir qətrə uyuşmuş qandan maya bağlayıb, müruri-əyyam ilə dünyaya gəlməsini və yer üzündə nəşvü nüma tapıb körpəlik, uşaqlıq, cavanlıq, kişilik və qocalıq hədlərinə yetişməsini və hər sinnü salın öz halü təbiətinə məxsus müxtəlif övzavü əhvalını, şüğlü karını və əhvali-ruhiyyəsini və son­ra­dan ruhun cəsəddən pərvaz edib məqami-əslisinə getməsini və qəbir içində Nəkirü Münkər sorğu sualını və qiyamət əhvalını təfsilən rişteyi-nəzmə çəkdiyi kəlamdır...” (9, s. 305). Vücudnamənin F.Köçərli tərəfindən nəşr edilmiş variantı ilə Aşıq Valehin 1970-ci ildə çapdan çıxmış “Alçaqlı-ucalı dağlar” kitabındakı variant arasında bəzi fərqlər var. Müqayisə üçün hər iki nəşrin ilk bəndini vermək istəyirik:

Çəhar ənasırdan, şeş cəhatdən,

Bir qətrə mənidən olmuşuz peyda,

Ədəm dəryasında qaldım altı ay,

Qüdrəti-qadirü xaliqül-əşya. (9, s. 305)
Əsli binadan vəsfimi söyləyim:

Ata bətnindən gəlmişəm anaya.

Ananın bətnində qan oldum, durdum,

Sanasan ki, qəvvas düşdü dəryaya. (1, s. 49)

Fikrimizcə, sovet dövründə nəşr edilmiş digər vücudnamələrdə olduğu kimi, Aşıq Valehin şerində də dövrün ideologiyasına uyğun dəyişikliklər edilmişdir. Aşıq Abbas Tufarqanlının vücudnaməsində sovet ədəbiyyatşünaslarının qələmi “gəzdiyi” kimi, Aşıq Valehin də vücudnaməsində dini-təsəvvüfi məzmun baxımından “sadələşdirmə işi” aparılmışdır. Amma naşıcasına görülən bu iş nəticəsində mətndə “ata bətni” kimi semantik təhrifə yol verilmişdir. Halbuki digər müəlliflərin vücudnamələrində bu kontekstdə “bel” sözündən istifadə edilir: “Ata belində ikən anayə gəldim” (Fikrətqızı, 2015: 81.), “Ata belindən düşdüm, ana rəhminə gəldim” (Fikrətqızı, 2015: 121).




  1. Yüklə 1,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin