Vücudnamənin strukturu: Şerin poetik quruluşu onun fonetik, leksik, morfoloji ve sintaktik qatlarında təzahür edir. “Səslər və onların yaratdığı fonetik kombinasiyalar bədii mətndə minimal semiotik işarə rolunu oynayır və bütövlükdə poetik sistemin quruluşunu və bəzi cəhətlərdən mənasını təyin edir” (3, s. 16). Şeirdə səslərin ardıcıllığına və sistemliliyinə o qədər də diqqət edilməmişdir. Bu baxımdan ən uğurlu fonetik poetika baxımından doqquz rəqəminin insanın fizioloji baxımdan formalaşmasında olan rolunu vurğulayan aşağıdakı bəndi göstərə bilərik: