DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Vücudnamədə müəllif paradiqması



Yüklə 1,49 Mb.
səhifə79/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   75   76   77   78   79   80   81   82   ...   131
Vücudnamədə müəllif paradiqması: Paradiqma əsasən müəllifin üslubi keyfiyyətlərinin göstəricisidir. Vücudnamələrdə qəliblər və formullar daha çox yer aldığı üçün burada bədii forma və məzmun anlayışı folklor mətnlərində olduğu kimidir. Necə ki “folklor söyləyicisinin məqsədi dinləyicilərə nəsə yeni söz demək deyil, sözü yenidən deməkdir” (3, s. 147), vücudnamə müəllifi də insan ömrü haqqında ona qədər dəfələrlə deyilmiş sözün üzərində işləyərək yenidən deyir. Bu baxımdan vücudnamələr üçün vahid poetik qəlibin olmadığını söyləyə bilərik. Ümumtürk ədəbiyyatından topladığımız vücudnamələrin çoxu qoşma və gəraylı şəklində olsa da, klassik şeir formalarında, hətta sərbəst şeirlə yazılmış nümunələr də var. Yenidən arxitektonika məsələsinə qayıtsaq, vücudnamələrdə sadəcə forma anla­yışından deyil, “həm məzmun, həm də forma olan üslubi formullar”dan (3, s. 147) bəhs edə bilərik. Aşıq Valehin vücudnaməsi ümumi arxitektonik polifonik sistemdə bu dünya və o dünya anlayışının əksidir. Bunu aşağıdakı modellə göstərə bilərik:

Vücudnamələrin mətn tipologiyasında bu modeli əksər müəlliflərin yaradıcılı­ğın­da görə bilərik. Aşıq Valehin vücudnaməsində avtobioqrafik özəlliklər yer alma­dı­ğı üçün müəllif paradiqmasında gerçəklik anlayışı arxa planda qalır. Vücudnamə bütövlükdə üslubi formullar vasitəsilə “ənənvi kontekst”də söylənmiş sözdür. A.Hacılı bunu “janr təfəkkürü” adlandırır (3, s. 154). Aşıq Valeh özünə­qədərki janr təfəkküründə əks olunan 1-100 yaş arasındakı insan ömrünə yenidən nəzər salır. Bu zaman o ənənəvi qəliblərə əsaslansa da, ustad aşıq kimi “yeniləmə” fəaliyyətini də yerinə yetirir. “Ənənə, kollektiv şüur və qəlib amilləri müəllifi bəlli olan aşıq poe­ziyasının da izahında, bu poeziyanın hansı mənada folklor hadisəsi olmasını aydın­laşdırmaqda mühüm əhəmiyyət kəsb edir” (7, s. 9). Aşıq Valehin bu ənənədə əks etdirdiyi təfəkkür arxetipləri isə kölgə, böyük ana, dörd rəqəmi və s.-dir.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin