E- Sübhan (ərəbcə mədh, tərif, alqış)
Sübhan nöqsanlardan uzaq olub mükəmməl olma anlamına gələn Allahın bir adıdır: Deli Yusuf der amanı/Unutma gani Subhanı [3, s.143].
Ə- Yezdan (Yaradan, Allah, Tanrı)
Yezdan fars sözü olub Zərdüşt dinində xeyir Allahı adlı Tanrıya verilmiş bir ad olmuş, İslamiyyətdən sonra Allah mənasında işlənmişdir. “Koroğlu” dastanının türk variantlarında bu ada Yezdan və Gani Yezdan şəklində rast gəlinir: ...yezdana muhtacım/Cana kıymanam kıymanam [3, s.148]; Daima sığınur gani Yezdana/Bir bölücek şikar almalı Beyler [3, s.174]; Gani Yezdana muhtacım/İn Dizdar kızım olasan [3, s.193]; Unutma gani Yezdanı/Meded İrahan Arap meded [10, 22].
Dostları ilə paylaş: |