X – Yaradan (Yoxdan var edən)
Türk kəlməsi olan Yaradan ismi yaratmaq felindən əmələ gəlmişdir. “Koroğlu” dastanında da bu sözə rast gəlinir: Yaradеnin birliğinе kaniеm,/Zaptеtmişim Arabistan bеnimdir [3, s.147]; Yaradan yaradıb, salıb cahana,/Şirin ləhcəli, xoş nişanlıyam [12, s.127];
Yaradan hoyuma yetə,/Bu müşkül mətləbim bitə [6, s.240].
II Peyğəmbərlər
İslam inanclarına görə, bəşər tarixində yüz iyirmi dörd min peyğəmbər olmuşdur. Bu peyğəmbərlərdən Adəm, Nuh, İbrahim, İsmayıl, Davud, Yusif, Xızır, Süleyman, Musa, İsa, Məhəmməd və başqaları haqqında xalq arasında müxtəlif əfsanələr yaşamaqdadır. Belə ki, İsa-Musa möcüzələri, Yusifin gözəlliyi, Süleymanın müdrikliyi, Xızırın dirilik suyundan içməsi bədiiləşdirilərək bu günümüzə qədər gəlib çatmışdır.
“Koroğlu” dastanında dini şəxsiyyətlərdən olan Adəm, Nuh, Sülеyman, Davud, İsa, Musa, Yusif, Məhəmməd və s. peyğəmbərlərin də adı çəkilir:
Dostları ilə paylaş: |