B - Həzrəti Süleyman
Tarixdə mehriban peyğəmbər, ədalətli padşah və hikmətli bir alim kimi tanınan Hz.Süleyman Davud peyğəmbərin oğludur və Quranda adı çəkilən peyğəmbərlərdəndir. Taxt, səltənət sahibi olan bu hökmdar cahangirlik etmək iddiasında olması, quş dilini bilməsi, cinləri, divləri, şeytanları ram etməsi və qarışqa ilə olan söhbətləri də rəvayət olunur.
Onun adı folklorda sehrli üzük, möhür, hüdhüd və Bilqeyis ilə birlikdə çəkilir. O daha çox quşların dilini bilən, müdrik bir obraz kimi təqdim olunur.
“Koroğlu” dastanının variantlarında da Süleyman peyğəmbər özünəməxsus çalarlarla təsvir olunur, onun ehtişamından bəhs edilir: Geydiyim igid kürküdü,/Dünya Sülеyman mülküdü [12, s.54; 4, s.68; 6, s.161]; Divlərə hökm еdən Sülеyman hanı? [11, s.196]; Bu dünya fanidir, fani, /Köçürübdür Sülеymanı [14, s.704].
Dostları ilə paylaş: |