Yaradıcılığı. Söyləyicilərin dediyinə görə, Sənəm daha çox tütün iməciliklərində çalıb oxuyarmış. Hər məclisə getməzmiş. Şindiyev Zahid Bayram oğlunun verdiyi məlumata görə Sənəm daha çox tütün sahəsində hayla deyərmiş. Sahədə işləyən hər kəs dayanıb ona qulaq asarmış. Sənəmin “Çay daşı, çaylaq daşı”, “Qərib hava”, “Yerli hava”nı gözəl ifa etməsi ilə bağlı məlumatlar qeydə aldıq. Həmçinin Rəhmanov Əfqan Zeybəddin oğlu “Sənəm havası” adlı havanın da mövcud olduğunu söylədi və aşağıdakı haylaları həmin havanın üstündə oxudu. Mahnının yarısından Hatıyev Eldar Ömər oğlu da ona qoşuldu:
Əfqan:
Su gəlsə, arxa bəsdi,
Dolansa, çarxa bəsdi.
Yar üzünü bir gün görsəm,
Arxabaarxa bəsdi.
Su gələr, axar gedər,
Dağ-dərə yıxar, gedər.
Bu dünya pəncərədir = bir güzgüdür,
Hər gələn baxar, gedər.
Əzizim, Gülüzənə,
Gün düşər Gülüzənə.
Sənəmi görmək istəsən,
Gəlginən Gülüzənə.
Eldar:
Su axar bəndər-bəndər1,
Dağlardan qarı əndər.
Dərmansız dərdə düşdüm, ay qardaş,
Dərmanımı tez göndər.
Dostları ilə paylaş: |