TARİXİ PERSPEKTİVDƏ QAÇAQÇILIQ VƏ QAÇAQ ƏHVALATLARI
Xülasə
Əslində bir kəndli hərəkatı olan, qanunla dövlətin arzuolunmaz insanına çevrilən sosial etirazçılara qaçaq, onların dağlara, meşələrə çəkilib öz ədalət qanunlarını həyata keçirən, varlıdan alaraq yoxsullara dağıdan bir qrup insanların fəaliyyətini qaçaqçılıq hərəkatı kimi tərif etmək olar. Qaçaq folkloru müasir folklor elminin həll edilməsi gərəkən problemlərindən biri olub dünyanın bütün xalqlarında var olan tarixi hadisədir. Soylu quldur kimi təqdim edilən qaçaq terminini üç mənada işlətmək olar.
1. Tarixin bilinən çağlarından Azərbaycan ərazisində baş verən siyasi, iqtisadi və xalq üsyanları, etiraz dalğaları və s.
2. Azərbaycanın Türkmənçay müqaviləsi ilə üçdə birinin çar Rusiyası tərəfindən işğalından sonra baş verən silahlı kəndli etirazları.
3. Sovet rejiminə qarşı vuruşanlar.
Dünya tarixində xalqın sevimli qəhrəmanı ətrafında yaranan yarı gerçək, yarı əfsanəvi əhvalatlar qaçaq folklorunun əsas mətnlərini təşkil edir. Buraya qaçaqlar haqqında söyləntilər, mahnılar, lətifələr və nəhayət, dastanlar daxildir.
Açar sözlər: qaçaq folkloru, sosial quldur, xalq qəhrəmanı
Dostları ilə paylaş: |