Yandan kənara çıxan əndazəsiz yüklərə rels səthindən 1400 mm-dən 4000 mm-ə qədər hündürlükdə yükvurma əndazəsindən kənara çıxan yüklər aid edilir.
Yuxarıdan kənara çıxan əndazəsiz yüklərə rels üstündən 4001 mm-dən 5300 mm-ə qədər hündürlükdə yükvurma əndazəsindən kənara çıxan yüklər aid edilir.
Əndazədən kənara çıxma ölçülərindən asılı olaraq, əndazəsiz yüklər 6 dərəcəyə bölünür (1-6).
Yandan olan əndazəsizliyi bütün 6 dərəcədən (1-6), yuxarıdan olan əndazəsizliyi 3 dərəcədən (1-3), aşağıdan olan əndazəsizliyi 6 dərəcədən (1-6) ibarət olur.