Konteyner nəqliyyat sistemi
Nəqliyyat tərtibatlarının köməyi ilə müxtəlif nəqliyyat növlərində yüklərin daşınması iqtisadi cəhətdən daha səmərəli olub, yük boşaltma əməliyyatlarını yerinə yetirmədən nəqliyyat xərclərini azaldır. Belə nəqliyyat sistemlərinə konteynerlər daxildir. Dünyada ilk dəfə konteyner daşımaları 1889 cu ildə Rusiyada tətbiq olunmuşdur. Konteyner daşımalarının böyük bir həcmi dəmir yol nəqliyyatı ilə yerinə yetirilir. Belə daşımaları təmin etmək üçün magistral dəmir yollarında və sənaye müəssisələrinin dalan yollarında konteyner məntəqələri təşkil olunur. Texniki vasitələ, informasiya texnologiyaları da daxil olmaqla texnoloji proseslər və yüklərin daşınmasının idarə olunmasında təşkilati tədbirlər kompleksi konteyner nəqliyyat sistemi adlanır. Konteyner nəqliyyat sisteminin texniki bazasına konteyner parkı, müxtəlif nəqliyyat növlərinin daşıma vasitələri, yükləmə-boşaltma vasitələri ilə təchiz olunan konteyner məntəqəsi və terminalları daxildir.
Konteyner məntəqəsinin texnoloji iş prosesində aşağıdakılar nəzərdə tutulmalıdır:
Konteyner meydançasından, yükləmə-boşaltma mexanizmlərindən səmərəli istifadə edilməsini. Iş ardıcılllığının və davamiyyətinin təmin edilməsini – bu proses konteyner məntəqəsininbütün bölmələrinin işinin nrazılaşdırılmış sürətdə təşkil edilməsini təmin edir. Yəni nəqliyyat ekspedisiya kontorunun, göndərici və alıcının razılaşdırılmış işləməsini təmin edir. Konteyner meydançasında konteynerlər vaqonla göndərişlərə uyğun olaraq aralarında 0,6-0,7 m keçid olmaqla yığılmalı və əndazənin tələbləri gözlənilməlidir. Konteynerlər meydançada qapıları üz-üzə 10 sm aralı qoyulur.
Konteynerlər
Xırda göndərmələrin 2/3 hissəsindən çoxu konteynerlərdə daşınır. Yük konteynerə göndəricinin yükləmə məntəqəsində yüklənib alıcının təyinat məntəqəsində boşaldılır. Yüklərin konteynerlərdə daşınması, daşınma xərclərini və maya dəyərini azaldır, əmək məhsuldarlığını isə artırır. Konteynerlərdə daşınan yüklərin taralara yığılıb qablaşdırılmasına ehtiyac olmur. Bunun nəticəsində isə xeyli miqdarda meşə materialı, metal və parçaya qənaət edilir.
Təyinatından asılı olaraq konteynerlər iki əsas kateqoriyaya bölünür:
Universal konteynerlər. Bu konteynerlər müxtəlif növlü yüklərin daşınması üçün təyin edilmişdir.
Müəyyən yüklər üçün ixtisaslaşdırılmış xüsusi konteynerlər. Bu konteynerlərdə yalnız xüsusi şəraitlərdə daşımanı tələb edən müəyyən növlü yüklər daşınır.
Dəmir yolu şəbəkəsində brutto çəkisi 3, 5 və 10 ton olan universal konteynerlərdən yük daşımalarında istifadə edilir. Bu konteynerlər tamamilə metaldan hazırlanmışdır. Bu konteynerlərin vaqonlara yüklənib boşaldılması müxtəlif növlü maşın və mexanizmlər vasitəsilə həyata keçirilir və onlar açıq hərəkət tərkibində daşınır.
5 tonluq konteynerlərin parametrləri aşağıdakılardır: uzunluğu – 2610 mm; eni -2050 mm; hündürlüyü – 2255 mm; tara çəkisi 1000 kq; faydalı həcmi 10,4 m3.
3 tonluq konteynerlərin parametrləri aşağıdakılardır: uzunluğu – 2120 mm; eni -1325 mm; hündürlüyü – 2330 mm; tara çəkisi 600 kq; faydalı həcmi 5,2 m3.
Xüsusi konteynerlər yük göndəricilərinə və yaxud alıcılarına məxsusdur. Onlardan müxtəlif təyinatlı sənaye yüklərinin daşınmasında istifadə edilir.
Dostları ilə paylaş: |