Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Yük və kommersiya işlərinin təşkili



Yüklə 75,17 Kb.
səhifə13/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   9   10   11   12   13   14   15   16   ...   50
Yük və kommersiya işlərinin təşkili

Dəmiryol nəqliyyatında yük və kommersiya işi daşıma prosesinin başlanğıc və son əməliyyatları – yükləmə və boşaltma, qabaqcıl daşıma növlərinin - paket, konteyner və marşrut daşımalarının təşkili ilə əlaqədar məsələləri əhatə edir. Yük və kommersiya işlərinin yerinə yetirilməsi üçün texniki bazanı – yük həyətlərinin və konteyner məntəqələrinin anbar təsərrüfatı, yükləmə-boşaltma işlərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələri, kommersiya əməliyyatlarının yerinə yetirilməsi üçün avtomatika və kompüter texnikası vasitələri təşkil edir. Dəmiryol nəqliyyatında yük və kommersiya işləri “Azəərbaycan Dəmir Yolları”QSC-nin Nizamnaməsinə uyğun yerinə yetirilir.

Dəmiryol nəqliyyatında yük və kommersiya işləriümumi və qeyri-ümumi istifadə yerlərində aparılır. Ümumi istifadə yerlərində örtülü və açıq anbarlar, həmçinin dəmiryol stansiyalarının ərazisində xüsusi seçilmiş, infrastrukturun sahibinə aid yük və baqajın yükləməsi, boşaltması, çeşidlənməsi və saxlanması üzrə əməliyyatların aparılması üçün istifadə edilən sahələr aidir.

Qeyri-ümumi istifadə yerlərinə ümumi istifadəli dəmir yolları, örtülü və açıq anbarlar, həmçinin dəmiryol stansiyalarının ərazisində xüsusi seçilmiş, infrastrukturun sahibinə aid olmayan və ya icarəyə verilmiş və yük və baqajın yükləməsi və boşaltması üzrə əməliyyatların aparılması üçün istifadə edilən sahələr aiddir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin