Yük qatarları müxtəlif əlamətlərə görə aşağıdakı qaydadı təsnif olunurlar:
Qatarların təşkili şərtlərinə görə: yükləmə yerlərində təşkil edilən marşrutlar: göndəriş marşrutları bir stansiyada bir yükgöndərən tərəfindən yüklənmiş vaqonlardan, pilləli marşrutlar bir və ya bir neçə stansiyada müxtəlif yükgöndərənlər tərəfindən yüklənmiş vaqonlrdan təşkil olunur;
çeşidləmə və sahə stansiyalarında yük göndərənlərin iştirakə olmadan təşkil edilən qatarlar.
Təyinat stansiyalarına qədər hərəkəti şərtlərinə görə; birbaşa qatarlar – bir və ya bir neçə sahə və ya çeşidləmə stansiyalarını emalsız keçirlər;
sahə qatarları – bir sahə üzrə yenidən təşkil olunmadan hərəkət edirlər;
yığma qatarlar – vaqonların sahənin aralıq stansiyalarına çatdırılmasına xidmət edirlər;
ötürmə qatarlar – bir qovşağa daxil olan stansiyalar arasında hərəkət edirlər;
çıxarma qatarlar – çeşidləmə və sahə stansiyalarından qonşu sahənin ayrı-ayrı aralıq stansiyalarına hərəkət edirlər.