Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Gediş şəraitinin dəyişdirilməsi



Yüklə 75,17 Kb.
səhifə22/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
Gediş şəraitinin dəyişdirilməsi

Sərnişin getdiyi qatarda boş yer olarsa, öz gediş şəraitini yaxşılaşdırıb yüksək kateqoriyalı vaqona keçmək hüququna malikdir. Sərnişin bu barədə qatar rəisinə bələdçi vasitəsilə xəbər verməlidir. Sahədə bilet satışına mərkəzləşdirilmiş rəhbərlik olduqda sərnişinin yüksək kateqoriyalı vaqona keçməsi onların razılığı ilə icra edilir. Yüksək kateqoriyalı vaqona keçərkən əlavə ödənc müvafiq kateqoriyalı vaqonlarda gedişin dəyərinin fərqi kimi stansiyalarası məsaəfyə görə müəyyən edilir. Sərnişinin arzusu ilə aşağı kateqoriyalı vaqona keçirilməsi zamanı heç bir hesablaşma aparmadan və əvvəlki ödənclərdən haqq qaytarılmadan aparılır.

Alınmış gediş sənədinə əsasən vaqonda yer verilmədikdə dəmir yolu sərnişinin razılığı ilə digər vaqonda, həm də daha yüksək kateqoriyalı vaqonda əlavə haqq almadan yer verməyə borcludur. əgər sərnişinə aldığı biletin dəyərindən aşağı olan vaqonda yer verilərsə, onda gediş qiyməti arasındakı fərq qaytarılır. Sərnişin ona təklif olunan yerdən imtina etdikdə dəmir yolu onun gediş haqqını qaytarır. Həmin qatarda sərnişinə yer vermək mümkün olmadıqda dəmir yolu müvafiq olaraq gediş sənədlərini yenidən yeniləşdirərək digər qatarda müvafiq yer verməyə borcludur.

Yolda, tərtibat və dövriyyə məntəqələrində texniki nasazlığa görə vaqon açıldıqda stansiya (vağzal) rəisi sərnişinləri həmin qatardakı boş və yüksək kateqoriyalı yerlərdə yerləşdirməyə borcludur. Sərnişinlərin dəmir yolunun günahı üzündən yüksək kateqoriyalı vaqonlara keçirilməsi hallarında qatar rəisinin və stansiya işçisinin imzası ilə akt tərtib edilir. Akt səfərin axırınadək saxlanılır və sonra bələdçilər ehtiyatına verilir. Sərnişinlərin yüksək kateqoriyalı vaqona keçirilməsi zamanı onlardan əlavə haqq alınmır. Aşağı kateqoriyalı vaqonlara keçirildikdə isə nəzərdə tutulan qaydada gediş haqqının fərqi ödənilir. Sərnişinlərin açılmış vaqondan başqa vaqona keçirilməsi zamanı sərnişinlərin əl yüklərinin keçirilməsi və onlara kömək göstərilməsi dəmiryol işçilərinin vəzifəsidir.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin