Metal və matal konstruksiyaların daşınması
Metal və onun məmulatları qara (çuqun, prokat, boru, relslər və s.) və əlvan metallara bölünür. Onları növündən, markasından, ölçüsündən və profilindən asılı olaraq açıq meydança və ya örtülü anbarlarda saxlayırlar. Açıq meydança və platformalarda böyük olçülü qara metal prokatlarından olan tir və şveller, qalın təbəqəli polad lövhələr, rels, böyük diametrli borular, çuqun borular və digər məmulatlar saxlanılır. Çardaq altında nazik təbəqəli polad lövhələri, kiçik diametrli borular, polad məftil və digər məmulatlar saxlanılır.
Örtülü anbarlarda paslanmayan polad alətlər, dam (taxtapuş) örtüyü üçün polad, ağ dəmir, sinklənmiş polad, əlvan metalların bütün ərintiləri və xammalı saxlanılır. Metal məmulatlar anbarlarda saxlanan zaman korroziyadan qorunmalı, onun keyfiyyəti və miqdarı qorunub saxlanmalıdır.
Açıq meydança və anbarlarda körpülü və ayaqlı kranlarla işlər aparılır. Bəzi hallarda qülləli kranlardan da istifadə edilir. Yük həyətlərində 10 tonluq ayaqlı kranlardan və dəmir yolunda hərəkət edən 16 tonluq qülləli dizel kranlardan istifadə edilir. Dəmir külçələri və dəmir qırıntıları yükləmək üçün elektromaqnitlər, maqnit təsir etməyən külçələri yükləmək üçün isə kəlbətin şəkilli avtomatik tutucudan istifadə edilir.
Qara metalların daşınması üçün əsasən açıq hərəkət tərkiblərindən istifadə edilir. əlvan metallar isə örtülü vaqon və konteynerlərdə daşınır. Metallar və metal məmulatları həm qablaşdırılmış vəziyyətdə, həm də açıq halda daşına bilər. Qablaşdırılmadan açıq vəziyyətdə külçələr, metal tullantıları, polad qəliblər, polad rulonlar, relslər və digər iri ölçülü metallar daşınır. Qablaşdırılaraq və paket halında bağlanaraq daşınan metal məmulatlarına nümunə olaraq profili 180 mm olan sortluq prokat, 160 mm-ə qədər diametri olan borular, 10 mm qalınlığında polad təbəqələr və kiçik ölçülü əlvan metal məmulatlar daşınır.
Metalların daşınması üsulları Dövlət standartlarında və Yük daşımaları qaydalarında (YDQ) təyin edilmişdir. 6 m-ə qədər uzunluqda olan paçkalar ən azı iki yerdən metal lent və yaxud məftillə bağlanmalıdır.
Yüklənmənin texniki şərtlərində açıq hərəkət tərkiblərində müxtəlif metal məmulatların yerləşdirilməsi və bərkidilməsi üsulları göstərilmişdir. Metal vaqonda eninə qoyulmuş, qalınlığı 40-100 mm olan taxta altlıqların üstünə yığılır.
Dostları ilə paylaş: |