Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Tez xarab olan yüklərin daşınmaya hazırlanması və qəbulu



Yüklə 75,17 Kb.
səhifə30/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
Tez xarab olan yüklərin daşınmaya hazırlanması və qəbulu

Dəmir yolu nəqliyyatı ilə daşınmaya aşağıdakı tələbləri ödəyən – keyfiyyəti, qablaşdırılması və termiki emalı dövlət standartının və texniki şərtlərin tələblərinə cavab verən tez xarab olan yüklər qəbul edilir. Yükün yığıldığı qab təmiz, möhkəm və saz olmalıdır. Daimi hava axını daxil olmasını tələb edən yüklər üçün, qabların arasında məsafə olmalıdır. Dondurulmuş yüklər üçün isə tara sıx yığılmalıdır.

Iri yükləmə məntəqələrində məhsulun keyfiyyəti üzrə Dövlət inspeksiya idarəsi varsa, məhsulu yoxladıqdan sonra, yükün keyfiyyəti üçün şəhadətnamənin yerinə yükün keyfiyyəti barədə sertifikat verir. Şəhadətnamə və sertifikatdan əlavə göndərici bəzi yüklər üçün baytarlıq və yaxud karantin sertifikatını nakladnoya əlavə etməlidir. Baytarlıq şəhadətnaməsi yerli baytarlıq təşkilatı tərəfindən ət və ət məhsulları (kolbasa, əridilmiş piy, konservlərdən başqa), toyuq yumurtası, süd və süd məhsulları və s. göndərildikdə verilir. Karantin sertifikatını karantin inspeksiyası idarəsi meyvə-tərəvəz və digər karantin rayonlardan göndərdikdə verir. Bu sənədlər nakladnoy ilə birlikdə təyinat stansiyasına qədər gedib orada alıcıya verilir. Bu sənədlərin olmasına baxmayaraq dəmiryol nəqliyyatı istədiyi yükün bir qisminin keyfiyyətini yoxlamaq ixtiyarına malikdir. əgər yükün daşınması mümkün olan vaxt, yükün çatdırılma vaxtından azdırsa, həmin yük daşınmaya qəbul edilmir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin