Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Təhlükəli yüklərlə qəza baş verdikdə onun ləğv edilməsi qaydaları



Yüklə 75,17 Kb.
səhifə36/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   32   33   34   35   36   37   38   39   ...   50
Təhlükəli yüklərlə qəza baş verdikdə onun ləğv edilməsi qaydaları

Təhlükəli maddələrin yanması, axıb-dağılması, hərəkət tərkiblərinin və tarlaralrın zədələnməsi halları bu yüklər üçün qəza vəziyyəti hesab olunur. Qəza nəticəsində partlayış, yanğın, zəhərlənmə, insanların və heyvanların xəstələnməsi baş verir. Hər bir təhlükəli yükün xassələri, partlayış və yanğın təhlükəsi, həm də qəzanın ləğv edilməsinin təhlükəsiz üsulları hər bir təhlükəli yük üçün qəza kartoçkalarında göstərilir.



Təhlükəli yüklərin nakladnoyunda qəza kartoçkalarının №-ni göndərici mütləq yazmalıdır. Əgər qəzanın nəticələrini ləğv etmək üçün göndərici və alıcının köməyi tələb olunarsa, onda dərhal öz nümayəndələrini hadisə yerinə göndərməlidirlər. Lazım olduqda qaz-xilasetmə, dağ-mədən qəza xilasetmə komandaları, yanğınsöndürmə, mülkü müdafiə və xüsusi hərbi hissələrin şəxsi heyəti qəzanın nəticələrini ləğv etmək üçün köməyə çağırılır.

Mənzildə olan qatarda təhlükəli yüklərlə qəza baş verdikdə maşinist dərhal radiorabitə və digər mümkün olan rabitə vasitələrindən istifadə edərək qatar dispetçeri və ya yaxında olan stansiya növbətçisinə xəbər verməlidir. Bu xəbərdə qəzanın səbəbi, yükün adı, qəza kartoçkasının №-si, yükün miqdarı göstərilir. Sonra maşinist qəza kartoçkasına və yerli şəraitə əsasən qəznı ləğv etmək üçün tədbirlər görür. Maşinistdən bu xəbəri alan stansiya növbətçisi dərhal bu barəd qatar dispetçerinə xəbər verib, stansiya rəisini çağırır. Qatar dispetçeri qəza barədə yolun baş növbətçisinə dərhal məlumat verib, bərpa və yanğınsöndürmə qatarlarının, qəza xilasetmə komandalarınınhadisə yerinə göndərilməsi barədə qərar qəbul edir. Mənzili digər qatarların hərəkəti üçün bağlayır.

Yolun baş növbətçisi qəza barədə Yol rəisinə, Nəqliyyat Nazirliyinə, yolun sanitar epidemoloji stansiyasına xəbər verir və qəzanı ləğv etmək üçün xüsusi xidmətlər çağırır. Əzilmiş sistern və taralardan təhlükəli yüklərin torpağa və su anbarlarına boşaldılmasına icazə verilmir. Dövlət sanitar və digər inspeksiya orqanlarının içazəsi olarsa bu yükləri boşaltmaq olar. Bu şərtlə ki, həmin yer sonra səmərəli surətdə təmizlənsin.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin