Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Sərnişin daşımalarının növləri



Yüklə 75,17 Kb.
səhifə38/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
Sərnişin daşımalarının növləri

Sərnişin daşımalarının növlərindən asılı olaraq dəmir yolu nəqliyyatından istifadə qaydaları, tariflər, güzəştlər, həmçinin maliyyələşmə mənbələri dəyişdikcə, sərnişin və dəmir yolu arasındakı münasibətlər də dəyişir. Dəmir yolunda sərnişinlərin əksəriyyəti (10 nəfərdən 8-i) şəhərətrafı elektrik qatarlarından istifadə edirlər. Bu səfərlər şəhərətrafı qatarların işlədiyi, bir qayda olaraq 150 km məsafəyə hesab olunur: Gəncə- Böyük Kəsik -134 km, Gəncə-Ucar- 115 km, Hacıqabul-Ucar- 122 km və s. Yerli şəraitdən asılı olaraq elektrik qatarları uzaq məsafələrə də işləyir. Məsələn Bakı-İmişli-301 km, Bakı- Yalama – 214km.

Sərnişinlərin bir dəmir yolu hüdudunda hərəkəti 700 km-əqədər yerli gediş kimi təsnifatlandırılır. Məsələn: 662/6610saylı Bakı-Qazax, 665/664 saylı Bakı-Bərdə-Balakən, 650/659 saylı Bakı-Astara, 678/677 saylı Bakı-Gəncə sərnişin qatarları yerli qatarlar növünə aiddirlər.

Sərnişinlərin bir dəmir yolunun hüdududndan keçərək başqa bir dövlətin dəmir yolu ilə hərəkəti birbaşa istiqamətdə gediş kimi təsnifatlandırılır. Məsələn: 55/56 saylı Bakı-Moskva, 37/38 saylı Bakı-Tbilisi sürət qatarları, 191/192 saylı Bakı-Rostov, 269/270 saylı Bakı-Xarkov sərnişin qatarları birbaşa istiqamətdə hərəkət edən qatarlara aiddir.

Azərbaycanın dövlət sərhədlərini keçməklə sərnişinlərin MDB ölkələrinə səfərləri dövlətlərarası hərəkət kimi icra edilir. Dövlətlərarası hərəkətdə sərnişinlərin gediş qaydası beynəlxalq sərnişin daşınması razılığının (BSDR) ayrı-ayrı normaları ilə tənzimlənir. Beynəlxalq daşımalarda gediş sənədlərinin tərtibi qaydaları və üsulları mühüm xüsusiyyətlərə malikdir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin