Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları



Yüklə 75,17 Kb.
səhifə4/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   2   3   4   5   6   7   8   9   ...   50
Yüklərin əsas xassələri

Daşınan yüklərin keyfiyyətini qorumaq üçün onların xassələrini və xüsusiyyətlərini və bu yüklərdə baş verən prosesləri bilmək vacibdir. Yüklərin əsas xassələri aşağıdakılardır:



  1. Hidroskoplik – bu halda yük havadan su buxarını özünə çəkir, yaxud özü su buraxır. Məsələn, duz, qənd, şəkər su ilə kimyəvi birləşmə yaradır. Quru yüklər rütubəti özünə çəkib, havanın rütubəti ilə tarazlaşır, yaş yüklər rütubəti özündən havaya buraxıb quruyur. Yükün rütubətlənməsi yaxud quruması vaxtı (sürəti) havanın temperaturundan və hava axınının sürətindən asılıdır. Rütubətlilik yükdə olan şehin miqdarı ilə təyin edilir. Bu halda yük çürüyə, yaxud quruya bilər.

  2. Yükün suyun təsirinə həssaslığı - bu halda yağış yağdıqda yük islanıb xarab olur.

  3. Yükün yaprıxması - bu halda yüklər yaprıxıb (yapışıb) bərkiyir. Məsələn, taxıl yükləri, narın yüklər(duzlar, mineral gübrələr). Bu yüklər yapışaraq yükləmə-boşaltma işlərini çətinləşdirir.

  4. Yükün donması – bu xassə bütün səpilən və qalaq vurulan yüklərə aiddir. əgər bu yüklər qış fəslində daşınarsa, onlar donur və bir-birinə yapışıb yükləmə-boşaltma işlərini çətinləşdirir. Məsələn, metal filizləri, qum və s.

  5. Yükün şaxtaya davamlığı – bu halda yük müəyyən dərəcədə şaxta olduqda belə öz keyfiyyətini itirmir. Məsələn, spirtli yükər, balıq kürüsü, şüşə qablarda olan konservlərə donmaq zərərlidir.

  6. Yükün öz-özünə yanması – bu yüklər daşıma prosesi zamanı havanın, günün və suyun təsirindən temperaturu artıb öz-özünə yanır. Məsələn, kömürün bəzi növləri, taxıl, quru ot, kükrdd və s.

  7. Yükün partlayış təhlükəsi – bu xassə bir sıra kimyəvi yüklərə aiddir. Partlayışın çox təhlükəli olduğunu nəzərə alıb belə yükləri xüsusi qaydalarla daşıyırlar.

  8. Yükün zəhərli olması – bu xassə kimyəvi yüklərə aiddir. Zəhərli yüklər daşınan vaqon sonradan yuyulub dərmanlanmasa həmin vaqonda daşınan adamları, heyvanları və ərzaq mallarını zəhərləyə bilər.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin