Turistlərin xüsusi turist ekskursiya qatarlarında daşınması
Qatar iki və daha çox dəmir yolunun ərazisindən keçdikdə, bir qayda olaraq, vaqon-restoranlar və dizel elektrik stansiyası da daxil olmaqla 13-dən 17-dək vaqondan ibarət olmalıdır. Qatar bir yol hüdudunda hərəkət etmək üçün ən azı 10 vaqondan. Şəhərətrafı yollarda ən azı 6 vaqondan az olmayaraq, həmçinin bir dizel qatar qoşulmaqla tərtib edilir. Vaqonları icarəyə götürmək üçün turizm idarələri dəmir yolu ilə müqavilə bağlayırlar. Bu zaman tututlur:
Qatara daxil edilən bütün sərnişin vaqonlarına görə onlardan faktiki istifadə (yola düşdüyü gündən çatma gününədək bütövlükdə) vaxtına görə icarə haqqı;
Məsafəyə və vaqonun növünə müvafiq olaraq dəmir yolu tərəfindən müəyyən olunmuş gediş dəyərləri cədvəlinə əsasən vaqonlarda turist təşkilatlarına təqdim edilən bütün yerlərə görə, qatar briqadasının və bir vaqon restoranının işçilərinin istirahəti üçün istifadə etdiyi 8 yerin haqqından başqa gediş haqqının dəyəri;
Vaqon restoran işçiləri üçün 8-dən artıq yer ayrıldıqda onun haqqını ümumi əsaslarla icarəçi ödəyir.
Hər turist üçün 1 yataq dəstinin 7 sutka istifadəsinə görə haqq;
Müqavilə bağlanarkən daşınmaya görə ödənməli olan bütün haqlar turist ekskursiya qatarının yola düşməsinə ən azı 20 gün qalmış dəmir yol idarəsinin hesabına köçürülməlidir.
Turist qatardan dəmir yolunun günahı olmadan qaldıqda onun turist qatarının olduğu yerədək getməsi turistin öz hesabına icra edilir. Turist xəstəliyə görə qatardan kənarlaşdırıldıqda onun qatardan düşürüldüyü stansiyanın (vağzalın) rəisi akt tərtib edir. Turist sağaldıqdan sonra müalicə idarəsinin arayışı, turist putyovkası və akt əsasında ona sərnişin qatarında turist ekskursiya qatarının olduğu yerə və ya onun ilkin yola düşmə stansiyasına qədər ümumi formada gediş sənədi verilir. Akt və arayış gediş sənədinin pulsuz verilməsi üçün əsas hesab edilir.
Dostları ilə paylaş: |