Qrup halında gedən sərnişinlərin gedişi
Qrup halında gediş zamanı biletdə göstərilən sərnişinlərin sayı plaskartda göstərilən adamların sayına uyğun gəlməli, bir kupon kitabçasına tikilməlidir. Əgər qrupun tərkibində yaşlılar, gənclər və uşaqlar gedirsə, onda hər bir kateqoriyada olan sərnişinlərin sayı ayrıca göstərilir. Beynəlxalq qatarda 26 yaşınadək gənclər qrupu getdikcə tarifdə güzəşt edilir. Bu zaman bütün qrup iştirakçılarının hamısının eyni məqsəd üçün getdiyi vacibdir, əks təqdirdə güzəştdən imtina edilə bilər. 30 nəfər və daha çox adamdan ibarət qrupu müşayət edənlərə Şərq-Qərb razılığına əsasən bütün qatarların hər cür kateqoriyadan olan vaqonlarında və bütün dəmir yol ərazilərində pulsuz gediş hüququ verilir. Dəmir yolunda sərnişinlərin qrup halında gedişi zamanı gediş dəyərlərində aşağıdakı güzəştlər edilir:
Birbaşa qatarlarda
Gediş məsafəsi 2000 km-dək olduqda
10 nəfərdən 24 nəfərədək – 10%
25 nəfərdən çox olduqda – 15 %
Gediş məsafəsi 2000 km-dən çox olduqda
10 nəfərdən 24 nəfərədək – 20%
25 nəfərdən çox olduqda – 30 %
Yerli qatarlarda
Gediş məsafəsi 300 km-dək olduqda
10 nəfərdən 24 nəfərədək – 10%
25 nəfərdən çox olduqda – 15 %
Gediş məsafəsi 300 km-dən çox olduqda
10 nəfərdən 24 nəfərədək – 20%
25 nəfərdən çox olduqda – 30 %
Qrupdakı sayı müəyyən edilərkən gediş haqqı ödəyən 10 yaşınadək 2 uşaq 1 sərnişin kimi sayılır.
Dostları ilə paylaş: |