Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Əl yüklərinin daşınma qaydaları



Yüklə 75,17 Kb.
səhifə46/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   42   43   44   45   46   47   48   49   50
Əl yüklərinin daşınma qaydaları

Növündən və qablaşdırma formasından asılı olmayaraq həcminə görə vaqonlardakı əl yüklərinin qoyulması üçün nəzərdə tutulan yerlərdə asanlıqla yerləşən və daşınanaşyalar və yüklər əl yükləri hesab olunur. Daşınan əl yüklərinin bütövlüyünə və saxlanışına görə məsuliyyət sərnişinin üzərinə düşür. Hər bir sərnişin özü ilə çəkisi dövlətlərarası hərəkət edən qatarlarda 36 kq-dan, yerli və şəhərətrafı istiqamətdə hərəkət edən qatarlarda 50 kq-dan artıq olmayan əl yükləri daşıya bilər (tam və ya uşaq gediş sənədi ilə).

Sərnişinin ixtiyarı var 2 nəfərlik SV vaqonda əlavə alınmış bir bietə görə 50 kq və 4 nəfərlik kupe vaqonda əlavə alınmış 3 biletə görə 150 kq əlavə yük aparsın. Əgər sərnişin qeyd olunan normadan artıq əl yükünün vaqonda aparılmasını təkid edərsə, onda əl yükü daşınmaya qəbul edilmir. Sərnişin əl yükü normasından əlavə olaraq 30 kq-lıq baqaj tarifi ödəməklə üç ölçüsü 180 sm-i keçməyən və 1 ədəddən artıq olmamaqla televizor, audio-videotexnika, elektron və mətbəx texnikası apara bilər. Əgər sərnişin öz biletindən əlavə 1 ədəd bilet almışdırsa, bu zaman əlavə tarif tutulmur.

Əl yüklərinin çəkisinə qəfəsdəki ev quşları, portfel, qadın çantası, xizək və onun çubuqları və s. kiçik əşyalar daxil edilmir. Sərnişinlərə əl yükləri hesabına yerli və uzaq məsafələrə gedən qatarlarda sökülmüş halda və öz ölçüsünə görə vaqonlarda əl yükləri üçün nəzərdə tutulan yerlərdə yerləşdirilə bilən uşaq arabaları daşımağa icazə verilir. Vaqonu və ya başqa sərnişinlərin yüklərini zədələyə və çirkləndirə bilən əl yükləri, həmçinin tez alışan zəhərləyici, partlayıcı və digər təhlükəli maddəli yükləri daşımağa icazə verilmir.

Sərnişinlərin artıq əl yüklərinin daşınması üçün qatarların tərkibinə əlavə baqaj vaqonları və ya səyyar saxlama kamera vaqonları qoşmaq olar. Belə vaqonlarda əl yüklərinin daşınmasına görə haqq yük baqaj tarifi üzrə tutulur.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin