Yolda dayanacaqlar
Sərnişin yol gedərkən bir məntəqədə gediş sənədinin etibarlılıq meddətini 10 sutkadan artıq olmayaraq uzatmaqla dayanacaq edə bilər. Sərnişin yol getdiyi qatar stansiyaya çatdığı andan 4 saat ərzində öz gediş sənədini stansiya (vağzal) rəisinə və ya vağzal növbətçisinə təqdim edərək üzərinə “______” stansiyası, gediş sənədinin etibarlılıq müddəti (saat, ayın tarixi, il) uzadılmışdır _____imza qeydi etməklə, ştamp vurdurmalıdır. Üzərində dayanacaq ştampı olan gediş sənədi qalan etibarlılıq müddətində təyinat stansiyasına çatmaq mümkün olduqda həmin stansiyayadək tərtib edilə bilər. Yarımçıq dayanacaq edilən stansiyadan səfəri davam etdirmək istədikdə sərnişin dayanacaq etdiyi barədə qeydiyyat aparan stansiyanın özündə gediş sənədini yerləşdirə bilər. Dayanacaqdan sonra gediş sənədinin üzərində yeni məlumatlar nişanı olmadıqda sərnişin biletsiz sayılır. Lakin həmin gediş sənədinin etibarlılıq müddəti ötməmişsə, onun gediş sənədini yaxınlıqdakı stansiyanın kassasında yeniləşdirmək hüququ var. Yolda gediş sənədinin etibarlılıq müddətini uzatmaqla dayanacaq edən sərnişin bundan sonra səfəri yarımçıq qoymaq hüququ yoxdur.
Sərnişin yol gedərkən yolda dayanacaq etdikdə yataq yerinə görə ödədiyi əlavə haqq və gediş sənədinin əvvəlcədən sənədləşməsinə görə yığım pulu sərnişinə qaytarılmır. Sərnişin yolda dayanacaq etdikdən sonra o, haqqını ödədiyi kateqoriyadan aşağı kateqoriyalı qatarda və ya vaqonda yoluna davam etdikdə əvvəllər ödədiyi əlavə haqq ona qaytarılmır.
Dostları ilə paylaş: |