Qatarlarda yataq ləvazimatlarının verilməsi və digər xidmətlərin göstərilməsi
Sərnişin qatarlarında yataq yeri olan vaqonlarda sərnişinlərə yataq ləvazimatları aldıqları biletə əsasən vaqon bələdçiləri tərəfindən yol boyu istifadə olunmağa verilir. Dövlətlərarası istiqamətdə hərəkət edən qatarlarda ADDY-na məxsus vaqonlarda ADDY-da satılan biletlərdə sərnişinlərdən yataq dəstləri üçün pul tutulur. Lakin geriyə hərəkət zamanı vaqon bələdçiləri sərnişinlərdən yataq dəsti üçün dəmir yolu tərəfindən müəyyən olunanödənci almaqla onlara yataq dəstlərini verməlidir. Yataq dəstlərinin dəyəri dəmir yolu tərəfindən müəyyən olunur.
Vaqonun daxili avadanlıqlarının qismən və tam korlanmasına və ya itirilməsinə görə sərnişinlər Azərbaycan Respublikasının Qanunlarına görə məsuliyyət daşıyırlar. Yataq ləvazimatları itirilərkən, korlanarkən dəmir yolu tərəfindən təsdiq edilən qiymət cədvəlinə əsasən sərnişindən cərimə tutulur. Vaqonun daxili avadanlıqlarının qismən və tam korlanmasına və ya itirilməsinə görə zədələnməni törədən şəxsin, qatar rəisinin və vaqon bələdçisinin iştirakı ilə akt tərtib edirlər. Aktda sərnişin sənədinin adı, nömrəsi, ünvanı, itirilən və ya zədələnən inventarın adı göstərilməli və akta qatar rəisinin ştampı vurulmaqla 1 nüsxəsi sərnişinə verilir.
Sərnişin qatarlarının bütün kateqoriyalardan olan yatacaq yerli vaqonlarının bələdçiləri sərnişinləri onların xahişi ilə dəmir yolu tərəfindən müəyyən edilmiş qiymətlə çayla təmin etməlidirlər. Sərnişin qatarlarının vaqonlarında siqaret çəkməyə qazanxana olmayan təfərdəki tamburda icazə verilir. Şəhərətrafı qatarların vaqonlarnda, həmçinin tamburlarında siqaret çəkmək qadağandır. Bu qaydanın pozulmasına görə sərnişin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq və ya cərimə edilir.
Dostları ilə paylaş: |