Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Yükün daşınmaya hazırlanması



Yüklə 75,17 Kb.
səhifə5/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   2   3   4   5   6   7   8   9   ...   50
Yükün daşınmaya hazırlanması

Yük daşınmaya aşağıdakı qaydada göndərici tərəfindən təqdim edilə bilər.



Ümumi istifadədə olan yerə yük nakladnoy yazılıb vizalandıqdan sonra nakladnoyda təyin edilmiş gündə gətirilir. Gətirilən yük nakladnoyla birlikdə yük qəbul təhvilçisinə təqdim edilir. Yük qəbul təhvilçisi nakladnoyda viza olmasını yoxlamalıdır. O, yükü diqqətlə yoxlamalıdır ki, yükün nakladnoyda yazılış miqdarı, adı düzgündür və qablaşdırması yükün qorunmasını yol boyu təmin edəcək. əgər müəyyən çatışmazlıqlar olarsa, göndəricidən onları düzəltməyi tələb etməlidir. Göndərici ondan imtina etsə, yükü daşımaya qəbul etməkdən qəbul-təhvilçi imtina edə bilər.

Qablaşdırılmayan yüklərdə sınmış hissə, çat, əzilmiş yerlər və digər zədələr aşkar edildikdə göndərici nakladnoyun arxasında 4-cü qrafada bu barədə qeyd etməlidir. əgər bu zədələr daşıma prosesində yükü daha da korlaya bilərsə, həmin yük qablaşdırılmalıdır.

Taralı və ədədi yüklər qəbul edilərkən (nakladnoyun sayını göstərməklə) qəbul-təhvilçi “Yükün çəkisinin təyin edilməsi üsulu” qrafasına xüsusi diqqət yetirməlidir. O, nəzərdə tutmalıdır ki, belə yüklərin çəkisi trafaretə yaxud standarta uyğun təyin edilməlidir. Hər bir taranın üzərində yükün NETTO və BRUTTO çəkisi yazılmalıdır. Yükün üstündə nəqliyyat markalarının (nişanlarının) qeyd edilməsi də yoxlanmalıdır. Məsələn, göndərici və alısının adları, yükgöndərən və təyinat stansiyaları və dəmir yolları və s. Əgər yük daşınmaya xırda göndərişlə təqdim edilərsə, qəbul-təhvilçi hər yükün üstünə dəmiryol markalarını yazmalı və həmin nişanı nakladnoya dəmiryol markası qrafasına yazmalıdır. Ev əşyalarını daşınmaya qəbul etdikdə qəbul-təhvilçi tərəzidə çəkməklə, hər bir yükün çəkisini təyin etməli və onların çəkisini nakladnoya ayrı-ayrı yazmalıdır.

Yükün daşınmaya qəbul edilməsi barədə qeydi qəbul-təhvilçi “Yükün qəbul-göndərmə kitabında” qeyd edir. (forma QU-34)

Yük daşınmaya elə hazırlanmalıdır ki, həm qatarların hərəkətinin təhlükəsizliyi, həım də yükün qorunması şərtinə əməl edilsin. Bundan əlavə vaqonların və konteynerlərin yük götürmə qabiliyyətindən, həcmindən və sahəsindən səmərəli istifadə edilsin. Yük daşınmaya hazırlanarkən onunla aşağıdakı əməliyyatları aparıb yükün keyfiyyətini yaxşılaşdırırlar: yükün qurudulması, çeşidlənməsi, qabaqcadan soyudulması, qablara yığılması və s. Yük daşınmaya hazırlananda Dövlət standartına və digər standartlara (sahə, Respublika, müəssisə) cavab verməlidir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin