Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Yaddan çıxmış və tapılmış əşyalar



Yüklə 75,17 Kb.
səhifə50/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   42   43   44   45   46   47   48   49   50
Yaddan çıxmış və tapılmış əşyalar

Qatarlarda yaddan çıxmış və ya itirilmiş əşyalar aşkar edildikdə tapılan əşyaların xarici görkəmi və onların aşkar edildiyi vəziyyət ətraflı göstərilməklə ümumi formalı akt tərtib edilir. Akt mütləq əşyanı tapan şəxsin, qatarda qatar rəisi bələdçinin iştirakı ilə, stansiyada stansiya rəisi tərəfindən tərtib edilir. Əşyanın üzərinə stansiyanın adı və onun kitabda göstərilən nömrəsi bildirilməklə yarlık asılır. Bağlama, kisə, çemodan və bu kimi başqa əşyaların üzərinə plomb və ya möhür vurulur.

Plomb vurulmazdan əvvəl əşyanı polis nümayəndəsinin iştirakı ilə açır. Bu barədə ayrıca akt və iki nüsxədən ibarət əşyaların siyahısı tərtib edilir. Həmin siyahının bir nüsxəsi əşyaları tapan şəxsə verilir. Qatarda qalan əşyaları yolda qatar rəisi (briqadir-mexanik) aktla birgə qatarın getdiyi son məntəqədəki stansiya rəisinə imza etdirməklə təhvil verir.

Tapılmış və tələb olunmayan əşyaları stansiya 30 gün keçdikdən sonra akt və siyahı ilə birgə sənədsiz yüklər anbarına göndərilir. Saxlama kamerasından sərnişinin almadığı yüklər çıxarılarkən əşyaların siyahısı ilə birgə akt tərtib edilməlidir. Sahibin olduğu yeri müəyyən etmək üzrə məlumatlar olduqda ona əşyaların olduğu yer barədə bildiriş göndərilir. Cavab alındıqdan sonra sahibinin xahişi ilə əşyalar ona göndərilir. Əşyaları alan sahibi yola çatacaq bütün ödəncləri ödəməli, həmçinin daimi yaşayış yerini, pasportun və ya onu əvəz edən sənədin nömrəsini göstərməklə əşyanı almaq barədə qəbz verməlidir. Saxlamaya görə haqq dəmir yolu tərəfindən müəyyən edilən həcmdə tutulmalıdır.



Sərnişin vaqondan çıxarkən vaqonda əşyalarının qaldığını özü aşkar edərsə, stansiya (vağzal) rəisinə müraciət etməlidir. Stansiya rəisi sərnişinin yazılı müraciətinə əsasən hadisə barədə qatar rəisinin və ya qatarın getdiyi yol üzrə birinci iri stansiyanın və ya qatarın son təyinat stansiyasının rəisinə təcili xidməti teleqram vurmalı, orada sərnişinin yol getdiyi vaqonun və yerin nömrəsini və unudulan əşyaların siyahısını göstərməli, onların sahibinin olduğu yerə göndərilməsini tələb etməlidir. Belə hallarda əşyaların qaytarılması ilə əlaqədar bütün xərclər sahibin hesabına ödənilir.
Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin