Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Əndazəsiz yüklərin daşınması



Yüklə 75,17 Kb.
səhifə11/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
Əndazəsiz yüklərin daşınması

Əndazəsiz yüklər 3 mərhələdə razılaşdırılaraq daşınır:



  1. MDB Dəmir Yolu Şurasının RF Yollar Nazirliyinin BaŞ Daşınma İdarəsi ilə razılaşdırılır;

  2. Göndərici dəmir yolu ilə yükləmə sənədlərinin razılaşdırılması;

  3. Yollar Nazirliyinin Baş Daşınma idarəsi ilə razılaşdırma.

Qatar dispetçeri əndazəsiz yüklü qatarları xüsusi nəzarətə götürüb onu öz sahəsindən buraxır. Belə yüklə gələn qatar üçün stansiya növbətşisinə qeydiyyatdan keçmiş əmr verir. Bu əmrdə qatarın nömrəsi, əndazəsiz yükün növü və dərəcəsi, mənzillərdə qonşu yol ilə qarşıdan gələn qatarlarla görüşmə qaydası və s. tələbləri verir. 4-cü və 6-cı dərəcəli aşağıdan, yandan və ən çıx yuxarıdan əndazəsiz yüklərin hərəkəti barədə yol distansiyası və enerji təchizatı sahələrinin rəislərinə qabaqcadan məlumat verilir. Yolda işləyən işçilər belə qatarlar gələndə yoldan təhlükəsiz məsafədə dayanmalıdırlar.

Əndazəsiz yüklü qatar körpqlərdən və tunellərdən keçdikdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Bu qurğularda işləyən işçilər müəyyən sığınacaqlarda gizlənməli yaxud həmin qurğuları tərk etməlidirlər. Tərkibində əndazəsiz yük olan qatarın maşinistinə sürəti azaltmaq yaxud tam dayanmaq lazım olan süni qurğular olan mənzillərin kilometrləri göstərilməklə, həm də qonşu yolda qarşıdan gələn qatarı gördükdə sürəti azaltmaq barədə yazılı xəbərdarlıq verilir.

Nəzarət çərçivəsi ilə hərəkət edən qatarı yol distansiyasının təcrübəli işçisi müşayət edir. Bi işçi lokomotivin arxa kabinəsində oturur, hərəkət zamanı yükə daimi olaraq nəzarət edir. Lokomotivdən sonra qoşulan 1 ədəd boş platforma vaqonundan sonra nəzarət çərçivəsi olan vaqon ən azı 20 vaqondan sonra isə 6-cı dərəcəli aşağıdan, yandan və yuxarıdan ən çox dərəcəli əndazəsiz yüklü vaqon qoşulur. Yəni qatar bu sxemə əsasən tərtib edilir: Lokomotiv+1 boş platforma+ nəzarət çərçivəsi olan vaqon+20 vaqon+əndazəsiz yük+digər vaqonlar.

4-cü, 6-cı və 3 –cü dərəcəli yuxarıdan əndazəsiz yüklü platforma və yarımvaqon, həm də yüklü transportyorları çeşidləmə təpəsindən buraxmaq və bu vaqonda təkan üsulu ilə manevr etmək qadağandır. 4 və 6-cı dərəcəli yan və aşağıdan əndazəsiz yüklü vaqonla manevr işi ən çoxu 15 km/s sürətlə aparılır.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin