Yük və kommersiya əməliyyatları
Dəmiryol nəqliyyatında yük və kommersiya işlərinə aşağıdakı əməliyyatlar daxildir: daşımaların operativ planlaşdırılması və səmərələşdirilməsi; yüklərin və baqajın daşıma üçün qəbul və təyinat stansiyalarında təhvil verilməsi; daşıma sənədlərinin tərtib edilməsi; qəbul edilən yüklərin və baqajın çəkilməsi və saxlanması; yüklərin daşınma qaydalarının və texniki şərtlərinin tərtib edilməsi; yüklərin daşınmasının sürətləndirilməsi; yüklərin daşıma xərclərinin hesablanması və qəbulu; yükləmə-boşaltma işlərinin kompleks mexanikləşdirilməsi; yükgöndərənlərə və yük qəbul edənlərə nəqliyyat ekspedisiya xidməti; paket, konteyner və marşrut daşımalarının inkişaf etdirilməsi; sərnişin və baqaj daşımalarının təşkili; beynəlxalq daşımalar.
Stansiyalarda həmçinin yükləmə -boşaltma işləri ilə aşağıdakı kommersiya əməliyyatlarını yerinə yetirirlər: yüklərin hazırlanması, çəkilməsi və daşımaya qəbulu, daşıma sənədlərinin tərtibatı, daşıma ödəmələrinin aparılması, vaqonların plomblanması, stansiyalarda yükün saxlanması, qəbul edilən yükün qəbuledicilərə təhvili və s. yüklər adi yük qatarlarında yük sürəti ilə, yük qatarlarında artırılmış tariflə və böyük sürətlə təcili (sürətli) qatarlarda daşınır. Bundan əlavə, yükləri sərnişin baqaj və ya xüsusi poçt baqaj vaqonlarında sərnişin sürəti ilə nəql edirlər.
Dostları ilə paylaş: |