Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Yüklərin daşınması üçün müqavilənin bağlanması



Yüklə 75,17 Kb.
səhifə19/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
Yüklərin daşınması üçün müqavilənin bağlanması

Yük sahibi və dəmir yolu daşınma planına əməl etmək üçün müqavilə bağlayırlar. Dəmiryol Nizamnaməsinin 37-ci maddəsinə əsasən bağlanmış müqaviləyə uyğun olaraq dəmir yolu öz öhdəsinə götürür ki, yükü sağ salamat təyin olunmuş vaxtda alıcıya çatdıracaq. Göndərici isə daşıma haqqını tam ödəməyi öhdəsinə götürür. Yük ilə birlikdə qaimə (nakladnoy) stansiya tərəfindən qəbul edildikdən sonra hüquqi müqavilə qüvvəsinə minir. Qaimə əsas yük sənədidir və yük ilə birlikdə təyinat stansiyasına qədər gedir və orada yük alana təhvil verilir. Qaiməni yük göndərən yazır. Qaimənin forması QU-27, QU-27a, QU-27b, QU-27e və QU-27-0 olur. QU-27 vaqon göndərməsi üçün , QU-27a zəhərli yüklər üçün, QU-27 b konteyner göndərməsi, QU-27 e qrup (marşrut) göndərməsi üçün yazılır. QU-27 -0 formalı qaimə mərkəzləşdirilmiş hesabat daşımalar üçün yazılır.

Yük göndərən yükü dəmir yoluna daşımaya təhvil verəndə daşıma sənədləri dəstini də yazıb verməlidir. Daşıma sənədləri dəstinə 1-qaimə, 2-yol cədvəli, 3-yol cədvəlinin kökü, 4-yükün daşınmaya qəbul edilməsi barədə qəbz daxildir. Əgər haqq hesab mərkəzləşdirilmiş formada aparılmırsa təkcə qaiməni yazmalıdır.

Yol cədvəli maliyə-hesabat əhəmiyyətli sənəddir və yük ilə təyinat stansiyasına qədər o da gedir. Təyinat stansiyasında yük alan yol cədvəlində imza edib, yükü aldığını təsdiq edir. Sonra da yol cədvəlin qovşaq yük kontoruna, oradan isə yol hesablama mərkəzinə göndərirlər. Yol cədvəli vasitəsilə dəmir yollarının gördüyü işin həcmi, həmin işlə əlaqədar dəmir yollarının gəliri, hesabatın dəqiq aparılması, yük daşımalarının səmərəli təşkili və yükün çatdırma müddətinə əməl edilməsi təyin edilir.

Yükün daşınmaya qəbul edilməsi barədə qəbz göndərici stansiyada yük sahibinə verilir. Əgər yük alıcıya çatdırılmasa, həmin qəbz vasitəsilə yük göndərən dəmir yoluna yükü təhvil verdiyini hüquqi cəhətdən sübut edib, onun pulunu alır.

Yük cədvəlinin kökü yük göndərən stansiyada qalır və mərkəzləşdirilmiş haqq-hesabda Qovşaq Yük Kontoruna göndərilir. Yol cədvəlinin kökü vasitəsi ilə yük göndərən stansiya 1 sutka, 1 ay, 1 il müddətində yükləyib göndərdiyi yüklərin hesabatını aparır.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin