Yüklərin nəqliyyat markalanması
Bağlamaya eytiyacı olan yüklər daşınma üçün yararlı tarada təqdim olunmalıdır. Taranın konstruksiyası və ölçüləri vaqonların yükgötürmə qabiliyyətindən və tutumundan səmərəli istifadəni təmin etməlidir. Taranın kütləsinin yükün netto kütləsinə nisbəti polietilen örtüklər üçün 0,008, yeşiklər üçün 0,25 təşkil edir. Bu nisbət nə qədər az olarsa, vaqona bir o qədər çox yük yükləmək olar. Taralı bağlamalı və ədədi yüklərə yükgöndərən manipulyasiya işarələrindən, əsas, əlavə və məlumat yazılarından ibarət nəqliyyat markası vurulmalıdır.
Manipulyasiya işarələri- yüklərin xüsusiyyətlərini və yük əməliyyatları zamanı onlarla davranma qaydalarını göstərən təsvirdir. Əsas yazılarda aşağıdakılar göstərilir:
-yük qəbul edənin tam adı;
- təyinat stansiyasının tam, təyinat dəmir yolunun qısaldılmış adı;
-kəsrin surətində göndərişdəki yerin sıra nömrəsi, məxrəcində yerlərin ümumi sayı.
Əlavə yazılara isə aşağıdakılar aiddir:
-yük göndərənin tam adı;
- göndəriş stansiyasının və dəmir yolunun adı;
- kəsrin surətində yükün göndəriş üçün qəbulu kitabı üzrə sıra nömrəsi və tiredən sonra yerlərin sayı, məxrəcində Tarif Rəhbərliyi №42-ci kitaba görə göndəriş stansiyasının kodu olmaqla dəmiryol markası.
Məlumat yazılarında aşağıdakılar göstərilir:
yük yerinin kiloqramla netto və brutto kütləsi;
yük yerinin santimetrlə qabarit ölçüləri;
yük yerinin kub metrlərlə həcmi.
Yüklərin universal konteynerlərdə daşınması zamanı manipulyasiya işarələrindən, netto və brutto kütlədən başqa, nəqliyyat markası vurmaq vacib deyildir. Səpələnən və maye yüklər nəqliyyat markası tələb etmir.
1
6
2
3
4
5
7
8
10
11
12
9
Şəkil. Nəqliyyat tarası.
manipulyasiya işarələridir;
xəbərdaredici yazılar;
göndərişdəki yerlərin sayı və sıra nömrəsidir;
yük qəbul edənin adıdır;
təyinat stansiyasının adıdır;
dəmiryol markasıdır;
yükgöndərənin adıdır;
göndəriş stansiyasının adıdır;
yükün netto kütləsdir;
yükün brutto kütləsidir;
yükün yerinin ölçüləridir;
yükün yerinin həcmidir.
Dostları ilə paylaş: |