Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Sərnişinlərin gediş qaydaları



Yüklə 75,17 Kb.
səhifə21/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
Sərnişinlərin gediş qaydaları

5№li tarif rəhbərliyinin V fəslinə əsasən dəmir yolunda sərnişinlərin gedişi hər bir DY-nun Nəqliyyat nizamnaməsi ilə müəyyənləşdirilir. Sərnişin gediş sənədi tərtib etdirməyə və vaqona minərkən onu təqdim etməyə borcludur. Gediş sənədləri yatacaq yerli vaqonlarda bələdçidə bilet qovluğunda saxlanılır. Ümumi vaqonlarda gediş sənədləri yol gedərkən sərnişinlərdə saxlanılır. Gediş sənədi daşıma haqqında müqavilə bağlandığını təsdiqləyir. Bu müstəqil öhdəlik növüdür. Sərnişin daşıma müqaviləsi iki tərəflidir, belə ki, hər bir tərəf (bir tərəfdən dəmir yolu, digər tərəfdən sərnişin) həm müəyyən hüquqlara malikdir, həm də konkret vəzifə daşıyır.

Sərnişin daşıma qaydalarını pozduqda Dəmir yolunun onu aparmaqdan imtina etmək və qatardan düşürmək hüququ vardır. Belə sərnişinin qatardan düşürdülməsi bələdçi və ya digər vəzifəli dəmir yol nəqliyyatı işçisi, o tabe olmadıqda isə polis işçiləri tərəfindən icra edilir. Gediş sənədində belə qeyd edilir: ”5№li tarif rəhbərliyinin 57-ci §-nın “a” bəndinə əsasən daşınmadan imtina”. Əgər sərnişin xəstə vəziyyətindədirsə və ətrafdakıların rahatlığını pozursa, onu ayrıca yerləşdirmək mümkün deyilsə, onda onu yalnız müvafiq tibb müəssisəsi olan stansiyada özü də mütləq tibb işçisinin iştirakı ilə qatardan düşürürlər. Sərnişinin qatardan düşürülməsi barədə akt tərtib edilir və qatar sənədlərində ”5№li tarif rəhbərliyinin 57-ci §-nın “b” bəndinə əsasən daşınmadan imtina”. Birinci halda heç bir haqq qaytarılmır, ikinci halda isə qət olunmayan məsafəyə görə gediş haqqı qaytarılır və ya qatar sənədinin etibarlılıq müddətinin müəyyən vaxtadək uzadılması ilə dayanmaq barədə qeyd aparılır.

Hər bir sərnişin qatarda yalnız bir yer tutmaq hüququna malikdir. Ümumi, plaskart, vilayətlərarası qatarlarda da bu qayda istisna deyil. Kupe və yumşaq (SV) vaqonlarda isə daha bir yer tutmağa icazə verilir, özü də belə halların hamısında əlavə yerin haqqı tam tarif üzrə ödənilir. Bələdçi qeyri-kupe vaqonlarda sərnişinlərdən gediş sənədlərini yalnız yol gedən sərnişinlərin sayına görə almağa borcludur.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin