Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları



Yüklə 75,17 Kb.
səhifə23/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   19   20   21   22   23   24   25   26   ...   50
Hərbi daşımalar

Hərbiçi sərnişinlərin daşınması hərbi tələbnaməəsasında həyata keçirilir. Hərbiçi sərnişin kateqoriyasına daxildirlər: əsgərlər və motroslar, serjantlar, zabitlər və gizirlər, generallar və admirallar, həmçinin onların ailə üzvləri, əgər onların adları hərbi tələbnamədə varsa.

Rusiya Federasiyasında Ordu və Hərbi Dəniz Donanmasının hərbi qulluqçuları ixtisarla - MN (MO), Daxili İşlər Nazirliyinin işçiləri - DİN (MVD), Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları – MTN (MNB), Milli Sərhəd Qoşunları işçiləri – MSQ (NVP) kateqoriyası ilə işarə edilirlər.

Bilet kassası hərbi tələbnamə əvəzinə “Ekspress” sistemində gediş sənədi veriri ki, onun da birinci sətrində Hərbi sözü və ixtisarla adı yazılır. Hərbi sərnişinin güzəştli və ya uşaq tarifi ilə gedişi tərtib edilərkən sənədin növü göstərilir. Birinci sətrin sonunda dövlətin kodu göstərilir.

Hərbi xidməti keçən hərbi sərnişinlərdən sığorta rüsumu tutulmur. Onlara hərbi tələbnamə sürət qatarının plaskart vaqonundan yüksək kateqoriyaya verilmir. Yerdə qalan hərbi sərnişinlərdən sığorta rüsumu tutulur. Zabitlərə kupe, generallar isə yumşaq (SV) vaqonlarda getməyə icazə verilir.



Ikinci sətrin sonunda hərbi tələbnamədə nəzərdə tutulan gediş şərtləri haqqında informasiya çap olunur. Əgər hərbiçi sərnişinlər qatar dəyişməklə yol gedirlərsə, onda hər bir sahə üçün ayrıca tələbnamə tərtib edilməlidir. Yol gedərkən gediş sənədində göstərilən marşrutdan kənara çıxdıqda göstərilən marşrut stansiyasınadək açıq tariflə ödənilir. əgər yol gedərkən hərbi qulluqçular qrupundan bir nəfər xəstələndikdə, yaxud hərbi komendantlıq tərəfindən qatardan düşürüldükdə stansiyada qrup hərbi bileti ili biletlə: səfəri davam etdirənlər və yerdə qalanların sonrakı gedişi üçün dəyişdirilir.

Əgər yol gedərkən hərbi qulluqçu qatardan qalarsa, onun sonrakı gedişi hərbi komendant və ya hərbiləşdirilmiş mühafizə qarovolunun marşrutu üzrə stansiya rəisi tərəfindən tərtib edilir. Hərbi qulluqçulara yol gedərkən gediş sənədinin etibarlılıq müddəti keçdikdə icazə verilir ki, bu da birbaşa yolda 30 sutka, yerli yolda isə yalnız 10 sutka təşkil edir. Dayandıqdan sonra plaskartın dəyəri itir və səfəri davam etdirmək üçün əlavə ödənc qəbzi tərtib edilir. Sərnişinlərin yerdə qalan hüquqları (vaqondan vaqona keçmək, əvvəlcə yola düşən qatara getmək və s.) onlara ümumi əsaslarla şamil edilir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin