Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Açıq hərəkət tərkibində daşınan yüklərin xassələri



Yüklə 75,17 Kb.
səhifə24/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
Açıq hərəkət tərkibində daşınan yüklərin xassələri

Açıq hərəkət tərkibində atmosfer təsirindən qorxmayan, ölçülərinə görə örtülü vaqonlarda yerləşdirilməsi mümkün olmayan yüklər daşınır. Bu yüklərə kütləvi daşınan yüklər (daş kömür, filiz, meşə materialları, tikinti inşaat materialları0, eləcə də uzun ölçülü nəhəng və ağır çəkili yüklər (avtomobil, traktor və digər kənd təsərrüfatı maşınları, müxtəlif təyinatlı dəzgahlar, relslər, borular və s.) aiddir.

Bəzi hallarda örtülü vaqonlar çalışmasa onda yük göndərənin xahişinə əsasən başqa yükləri də açıq hərəkət tərkibində daşımaq olar. Bu halda qaimədə yük göndərənin ərizəsi və göndəricinin qeydi olan qrafada “Açıq hərəkət tərkibində daşınmaya razılıq barədə qeyd” olmalıdır.

Açıq hərəkət tərkibində daşınan yüklər vaqonda yerləşməsi və bərkidilməsi xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünürlər:



  1. Qalaq vurulub daşınan və parça yüklər. Daş kömür, filiz,qum və s. bu yüklər vaqonda qalaq vurularaq və tökülərək daşınır, onlar vaqonda bərkidilmir, sadəcə olaraq vaqonun divarları və döşəməsi bu yükləri dağılmaqdan qoruyur.

  2. Ədədi yüklər. Bu yüklər hərəkət tərkibində daşınan zaman onların müxtəlif vasitələrlə bərkidilməsi lazımdır.

  3. Ştabelə yığılmaqla daşınan yüklər. Belə yüklər açıq hərəkət tərkibində üst-üstə bir neçə cərgə yığılıb yanlardan dayaqlar vasitəsi ilə möhkəm bərkidilir.

Yüklərin açıq hərəkət tərkiblərində daşınmasının örtülü vaqonda daşınmasının bir sıra üstünlükləri var:

  1. Yükləmə-boşaltma əməliyyatlarında mexanizmlər və başqa vasitələrdən geniş istifadə etmək mümkün olur. Bunun nəticəsində isə yükləmə-boşaltma əməliyyatları sürətlənir və vaqonların bu əməliyyatlar altında səmərəsiz dayanma vaxtı azalır.

  2. Açıq hərəkət tərkiblərində uzun ölçülü nəhəng və ağır çəkili yükləri daşımaq mümkün olur.

  3. Yüklərin qəbulu və təhvili əməliyyatları sadələşdirilir.

Bununla yanaşı bəzi yüklər yarımvaqonlarda və platforma vaqonlarda yan boltlardan yuxarı çıxarsa onların xüsusi olaraq bərkidilməsi tələb olunur.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin