İnşaat materiallarının və konstruksiyaların daşınması
Mineral mənşəli inşaat materiallarının çox hissəsi qalaq vurulan yüklərə aiddir və qabsız halda, yerləri sayılmadan açıq hərəkət tərkiblərində daşınır. Toz halında olan yüklər (sement, əhəng və s.) örtülü vaqonlarda, sementdaşıyan sisternlərdə və konteynerlərdə daşınır. Mineral mənşəli inşaat materiallarını iki qrupa bölmək olar: 1-ci qrup: Karxanadan təbii şəkildə yüklənib daşınan (qum, çınqıl, əhəng daşı); 2 –ci qrup: Xüsusi zavodların məhsulu (sement, kərpic, şüşə, dəmir beton panelləri).
İnşaat materiallarının yüklənməsi, boşaldılması və anbarda saxlanması zamanı onların bəzi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn: sementin hiqroskopiklik, tez tozlanma və tez yapırxma xassələri vardır. Sement xüsusi sementdaşıyan vaqonlarda daşınır. Sementin uzun müddət anbarlarda saxlanması onun keyfiyyətini aşağı salır., çünki sement havanın rütubətini özünə çəkir. Bu səbəbdən anbarın damı və divarları su buraxmayan olmalıdır. Müxtəlif sortlu (növlü) sementləri qarışdırmaq olmaz. Vaqonun üstünə sementin növünü bildirən yarlıq yapışdırırlar.
Kərpic həm örtülü, həm də açıq hərəkət tərkiblərində və konteynerlərdə daşınır. Örtülü vaqonun yükgötürmə imkanından tam istifadə edilir, platformada isə kərpic bortdan hündür yüklənməlidir. Kərpic xüsusi yüngül konteynerlərdə də daşına bilər. Qırma daş, qum, çınqıl aşıq hərəkət tərkiblərində daşınır. Qırma daşı xüsusi zavodlarda, qum və çınqılı isə karxanalarda yükləyirlər. Şüşə xüsusi taxta konteynerlərdə daşınır.
Dostları ilə paylaş: |