Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Tez xarab olan yüklərin daşınma şərtləri



Yüklə 75,17 Kb.
səhifə28/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   24   25   26   27   28   29   30   31   ...   50
Tez xarab olan yüklərin daşınma şərtləri

Daşınma prosesində yüksək və aşağı temperaturdan və havanın rütubətindən qorunmağı tələb edən yüklərə tez xarab olan tüklər deyilir. Dəmir yol nəqliyyatı ilə daşınan bütün tez xarab olan yüklərin xeyli hissəsini heyvan mənşəli ərzaq məhsulları (mal əti, balıq, süd, yumurta və s.), bitki mənşəli (meyvələr, tərəvəzlər, giləmeyvələr, göbələk vı s.) təşkil edir.

Daşınmaya qəbul edilmiş tez xarab olan yükləri sağ salamat təyinat məntəqələrinə çatdırılması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:


  • yük daşınmaya yaxşı vəziyyətdə hazırlanmalıdır;

  • vaqonlar sanitar və termik emal edilməli (işlənməli) və tamamilə saz vəziyyətdə olmalıdır;

  • yüklənmənin və yükü vaqonda yerləşdirilmənin qaydalarına ciddi əməl olunmalıdır;

  • yol boyu vaqonlarda düzgün xidmət edilməlidir;

  • vaqonların hərəkəti sürətlənməlidir;

  • təyinat məntəqəsində yük alıcısı vaqonları dərhal boşaltmalıdır.

Bu şərtlərə əməl edilməsə tez xarab olan yükün keyfiyyəti pisləşər yaxud bu yük tamamilə xarab olar. Tez xarab olan yüklər soyudularaq, dondurularaq daşınır. ərzaq məhsulları soyudulduqda onun saxlanma və daşınma müddəti artır və beləliklə yük xarab olmur. Soyudulma zamanı biokimyəvi və mikrokimyəvi proseslər ləngiyib yubadılır.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin