Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Tez xarab olan yüklərin daşınması üçün istifadə olunan hərəkət tərkibləri



Yüklə 75,17 Kb.
səhifə29/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
Tez xarab olan yüklərin daşınması üçün istifadə olunan hərəkət tərkibləri

Tez xarab olan yükləri daşımaq üçün izotermik və adi örtülü vaqondan istifadə edilir. Daşınma prosesində soyudulmaqla yaxud qızdırmaqla vaqonun daxilində havanın müəyyən edilmiş temperaturda saxlanılmasını təmin edən vaqonlara izotermik vaqonlar deyilir. Izotermik vaqonları yük yerlərində havanın sabit, optimal temperaturu və rütubəti, havanın ventilyasiyası müəyyən qurğular əsasında təmin edilir. Daşınan yüklərin növündən asılı olaraq izotermik vaqonlar universal və xüsusiləşdirilmiş vaqonlara bölünür.



Universal vaqonlarda bütün tez xarab olan yüklər soyudulmiş və dondurulmuş vəziyyətdə daşınır. Xüsusiləşdirilmiş vaqonlar müəyyən növ yüklər üçündür. Məsələn: süd, şaxır, diri balıq və s. soyudulma üsuluna görə izotermik hərəkət tərkibləri izotermik və refrijerator vaqonlardan (soyuducu maşınlarla soyudulan), buzxanalı vaqonlardan (buz ilə, buz və duzun qarışığı ilə və ya duzla soyudulan) ibarətdir. Buzxanalı izotermik vaqonlar hazırda düzəldilmir. Refrijerator hərəkət tərkibləri qruplu və avtonom (tək) olur. Qruplu hərəkət tərkiblərinə refrijerator qatarları (21 və 23 vaqon) və refrijerator seksiyaları (12 və 5 vaqon) aid edilir. Refrijerator qatarları ayrıca qatar heyəti kimi hərəkət edir və kütləvi miqdarda tez xarab olan yükləri göndərici marşrutu ilə daşımaq üçündür. Refrijerator seksiyaları yük qatarlarının tərkibində hərəkət edir və çox da böyük olmayan miqdarda tez xarab olan yükləri daşımaq üçündür. Bəzi hallarda nisbətən az məhsulları daşımaq lazım olduqda 1-2 vaqon, Avtonom Refrijerator Vaqondan (ARV) istifadə edilir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin