Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları



Yüklə 75,17 Kb.
səhifə31/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
Daşınmaya nəzarət

Azərbaycan Dövlət Dəmir yolu idarəsi dəmiryolu nəaqliyyat vasitələrindən düzgün istifadə edilməsini, Azərbaycan Respublikası Qanunlarına əməl olunmasını və bu qaydalara riayət olunmasını təmin etmək üçün nəzarət edir. Nəzarətçi şəxslər aşağıdakıları yoxlayırlar:



  • Sərnişinlərdə gediş sənədlərinin olmasını;

  • Vaqon bələdçiləri tərəfindən gediş sənədlərinin düzgün nişanlanmasını;

  • Qatar briqadaları tərəfindən vaqonların lazımi qaydada saxlanmasını və sərnişinlərə mədəni xidmətin təmin olunmasını;

  • Gediş və daşıma sənədlərinin düzgün verilməsini və tərtibini;

  • əl yüklərini saxlama kameralarının və baqaj şöbələrinin işini;

  • sərnişin qatarlarında boş və boşalacaq yerlərin uçotu və yerlər haqqında məlumat verilməsi qaydalarını;

  • vaqonlardan düzgün istifadəni.

Qatarlarda nəzarəti nəzarətçi-inspektorlar, sərnişin qatarları və vağzallara nəzarət edən təlimatşı müvəkillər, qatar rəisləri, vaqon bələdçiləri və dəmir yol nəqliyyatının müvafiq vəzifəli şəxsləri həyata keçirirlər.

Pulsuz və ya uşaq gediş sənədləri ilə daşınan uşaqların yaşına şübhə ortaya çıxdıqda, nəzarətçi müvəkkil sərnişindən uşağın yaşını təsdiq edən müvafiq sənədlər təqdim etməyi tələb edə bilər. Güzəştli şəhərətrafı abonement biletlərinin yoxlanması zamanı nəzarətçi – müvəkkil sərnişindən onun şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmasını tələb etmək hüququna malikdir.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin