Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Daşınmanın ümumi şərtləri



Yüklə 75,17 Kb.
səhifə32/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Daşınmanın ümumi şərtləri

Dəmir yolu nəqliyyatında sərnişinlərin, baqajın və yük baqajın daşınması şəhərətrafı elektrik qatarlarında, ölkədaxili və beynəlxalq sərnişin qatarlarında həyata keçirilir. Sərnişinlər onların minib-düşməsi üçün açıq olan bütün dəmir yolu stansiyaları və dayanacaq məntəqələri arasında daşınır. Stansiyaların və dayanacaq məntəqələrinin açılması, bağlanması, onların adlarının və yerinə yetirdiyi kommersiya əməliyyatlarının xarakterinin dəyişdirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində daşınma qaydaları və tariflər məcmuəsində dərc edilir.

Sərnişin qatarlarının (o cümlədən şəhərətrafı qatarların) hərəkət cədvəli afişalarda və müxtəlif məlumat kitabçalarında çap edilir. Sərnişin qatarlarının hərəkət cədvəlindəki bütün dəyişikliklər məlumat üçün vaxtında sərnişinlərə elan edilir. Beynəlxalq qatarlarda sərnişinlərin, baqajın və yük-baqajın daşınması dövlətlərarası xüsusi tarif siyasəti ilə müəyyən edilən qaydalarla icra edilir.

Stansiyadan sərnişin qatarlarında getmək, geriyə gediş sənədlərinin satış müddəti dəmir yolu rəhbərliyi tərəfindən müəyyən edilir. Birbaşa vaqonlarda gediş sənədləri ilk növbədə, həmin vaqonların təyinat məntəqələrinə, yaxud əsas marşrutdan kənara çıxma sahələrində yerləşəş məntəqələrə satılır. (Ölkədaxili qatarlarda gediş sənədlərinin satışı üçün açıq olan stansiyalarda və dayanacaq məntəqələrində qatarın marşrutu üzrə yerləşən və dayanacağı olan bütün stansiyalara və dayanacaq məntəqələrinə gediş sənədləri satılır).

Vağzalın yerləşdiyi binada sərnişinlərə məlumat üçün qatarların yola düşmə və gəlmə vaxtının cədvəli, daha çox sərnişin axını olan stansiyalarda sərnişinlərin gediş haqqı tarifləri, baqaj və yük-baqaj daşınması tarifləri yazılmış cədvəl, bilet (və baqaj) kassalarının iş vaxtı, qatarlardakı boş yerlərin sayı, şikayət və təkliflər kitabının olduğu yer, müxtəlif yığımlar barədə elanlar, vağzal otaqlarının yerləşmə sxemi və digər göstəricilər asılmalıdır.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin