Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Sərnişinlərə göstərilən xidmət növləri



Yüklə 75,17 Kb.
səhifə33/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
Sərnişinlərə göstərilən xidmət növləri

Sərnişinlərə aşağıdakı xidmət növləri göstərilir:



  • ölkədaxili və beynəlxalq qatarlara, o cümlədən xətti stansiyalarda, şəhərətrafı dayanacaq məntəqələrində gediş sənədlərinin satılması;

  • geriyə qayıtmaq və başqa stansiyadan getmək üçün gediş sənədinin satılması;

  • tranzit qatarlarda qatar dəyişmək (başqasına minmək) üçün dəyişmə məntəqələrində gediş sənədinin tərtibi;

  • online rejimində gediş sənədləri (bilet) almaq üçün sifarişlərin verilməsi və gediş haqqının plastik kart vasitəsi ilə ödənişi;

  • bilet kassasında gediş sənədi (bilet) alarkən gedişin dəyərinin Pos Terminal vasitəsilə ödənilməsi.

Kassalar sərnişin axınının həcminə və xarakterinə görə açılır. Stansiya və vağzalların bilet kassalarında qatarın yola düşməsinə 10 dəqiqə qalanadək bilet satışı həyata keçirilir. Zəruri hallarda iri vağzallarda ixtisaslaşdırılmış kassalar ayrıla bilər: uşaqlı sərnişinlər, hərbi qulluqçular, Böyük Vətən müharibəsi iştirakçıları, göndəriş üzrə (yay mövsümündə) yol gedən sərnişinlər üçün. Bütün stansiyalarda və dayanacaq məntəqələrində orta hesabla sutka ərzində 50 və daha çox bilet satılan bilet kassaları açıq olmalıdır. Sərnişin axıı orta hesabla sutkada 50 sərnişindən az olan stansiyalarda və dayanacaq məntəqələrində gediş sənədlərinin satışı qaydaları yerli şərait nəzərə alınmaqla dəmir yolu tərəfindən müəyyən edilir.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin