Təhlükəli yüklərin daşınması
Təhlükəli yüklər örtülü, xüsusi və xüsusi olaraq ayrılmış vaqonlarda daşınır. 9-cu dərəcəyə aid olan bəzi təhlükəli yüklər (torf, taxta kəpəyi) açıq hərəkət tərkiblərində daşına bilər. Bəzi təhlükəli yüklər universal və xüsusi konteynerlərdə daşınır. Şəkisi 1 kq-a qədər yaxud 1 litrə qədər qabda olan təhlükəli yüklər təhlükəsiz yüklər kimi daşınır. Bu yüklərin nakladnoya “xırda qaba yığılıb” möhürü vurulur. Təhlükəli yüklər boşaldıqdan sonra qablar diqqətlə təmizlənməli və zərərləşdirildikdən sonra daşınmaya qəbul edilməlidir. Mayeləşdirilmiş qaz vaqonları dolu, həm də boş halda təhlükəli yüklər kimi daşınır.
Təhlükəli yüklər daşınmaya standarta yaxud texniki şərtlərə, həm də təhlükəli yüklərin daşınması qaydalarına uyğun olan müəyyən tarada və qablarda qəbul edilir. Tara və qablar möhkəm və saz vəziyyətdə olmalı, yükün sızmasının, dağılmasının və səpələnməsinin qarşısını almalı və onun üzərində yük ilə çirklənmiş yerləri olmamalıdır. Tezalışan zəhərli, aşındırıcı, korroziyaedici qazlar və ya buxarlar ayıran, quruduqda partlayıcı və ya rütubətlə (şeh) reaksiyaya girdikdə təhlükəli ola bilən yüklər, həmçinin oksidləşdirici xüsusiyyətlərə malik olan maddələrin hava ilə reaksiyaya giməsinin qarşısını almaq üçün hermetik qabalarda daşınır. Şüşə qablardakı təhlükəli yüklər möhkəm (taxta, polimer, metal) yeşiklərdə qablaşdırılmalı, yeşiklərdəki boş yerlər isə yanmayan (hopdurucu) maateriallar ilə doldurulmalıdır. Yeşiklərin divarları butulkalardan ən azı 5 sm hündür olmalıdır. 20 kq-dan az çəkidə olan qablardakı yüklər nəqliyyat tarasına yığılmalıdır.
Dostları ilə paylaş: |