Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları



Yüklə 75,17 Kb.
səhifə39/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   35   36   37   38   39   40   41   42   ...   50
Şəhərətrafı daşımalar

Şəhərətrafı qatarlara lokomotiv dartısı və ya motor vaqonlu tərkiblərlə xidmət göstərmək olar. Onların tutumu kifayət qədər çoxdur. Bu qatarlarda sərnişinlər həm oturacaq yerlərindən istifadə edirlər, həm də ayaq üstə daşınırlar. Şəhərətrafı qatarlar sərnişinlərin minməsi və düşməsi üçün tez-tez bölmə və dayanacaq məntəqələrində dayanırlar.Dəmir yolunda sərnişinlərin əksəriyyəti (10 nəfərdən 8-i) şəhərətrafı elektrik qatarlarından istifadə edirlər. Bu səfərlər şəhərətrafı qatarların işlədiyi, bir qayda olaraq 150 km məsafəyə hesab olunur: Gəncə- Böyük Kəsik -134 km, Gəncə-Ucar- 115 km, Hacıqabul-Ucar- 122 km və s. Şəhərətrafı qatarların işlədiyi bəzi sahələrdə bilet kassaları olmadığı üçün sərnişinlər bileti elə qatarda şəhəətrafı qatarların özünü maliyyələndirən qatar müvəkkillərindən və ya səyyar kassirlərdən alırlar. Şəhərətrafı elektrik qatarlarında gediş qiymətləri yerli şərait nəzərə alınmaqla Yol rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Şərnişinlərin şəhərətrafı elektrik qatarlarında gediş qaydaları digər sərnişin qatarlarında gediş qaydalarından çox fərqlənir. Məsələn: elektrik qatarlarında sərnişin getməkdən imtina edərkən bileti geri qaytarmaq olmaz, yalnız 5 yaşınadək uşaqlar pulsuz gedə bilərlər. Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1997-ci ilin avqustun 7-də 152/N saylı əmri ilə dəmiryolçulara şəhərətrafı qatarlarda pulsuz getmək hüququ verilmişdir. Bunun üçün onlar dəmir yolunda işləmələrini təsdiq edən vəsiqə təqdim etməklə, həmçinin onlara pulsuz daşımalar bölməsi tərəfindən verilmiş xüsusi 4 saylı formanı təqdim etdikdə pulsuz gedib- gəlmək hüququna malikdirlər.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin