Şəhərətrafı tariflərin tətbiqi
Şərnişinlərin şəhərətrafı elektrik qatarlarında gediş qaydaları digər sərnişin qatarlarında gediş qaydalarından çox fərqlənir. Məsələn: elektrik qatarlarında sərnişin getməkdən imtina edərkən bileti geri qaytarmaq olmaz, yalnız 5 yaşınadək uşaqlar pulsuz gedə bilərlər. Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1997-ci ilin avqustun 7-də 152/N saylı əmri ilə dəmiryolçulara şəhərətrafı qatarlarda pulsuz getmək hüququ verilmişdir. Bunun üçün onlar dəmir yolunda işləmələrini təsdiq edən vəsiqə təqdim etməklə, həmçinin onlara pulsuz daşımalar bölməsi tərəfindən verilmiş xüsusi 4 saylı formanı təqdim etdikdə pulsuz gedib- gəlmək hüququna malikdirlər.
Şəhərətrafı tariflərin tətbiqi də müxtəlifdir. Iri dəmir yolu qovşaqlarında zona tarifi müəyyən edilir. Bu vaxt stansiyalar və dayanacaq məntəqələri məsafədən asılı olaraq zonalar üzrə bölüşdürülür və gediş haqları bir zona hüdudunda müəyyənləşdirilir. Bir zonaya daxil olan bütün stansiyalardan başqa zonaya daxil olan istənilən stansiyayadək gediş haqları eynidir. Həmçinin kilometrlər üzrə şəhərətrafı tariflər də tətbiq edilir. Şəhərətrafı hərəkət az olan sahələrdə ümumi kilometr üzrə tarifdən istifadə olunur.
Dostları ilə paylaş: |