Sərnişin daşımalarının xüsusi şərtləri
İzolyasiya tələb edən xəstə sərnişinləri daşıyarkən ayrıca kupe təqdim edilir. Gedənlərin sayından asılı olmayaraq kupedəki yerlərin hamısının dəyəri tam tariflə ödənilir. Ayrıca kupenin hazırlanması üçün sifarişi 5 gün qabaq etmək laımdır. Buna görə də vaqon bələdçisi belə miki barədə vaxtından əvvəl xəbərdar ediləcəkdir. Qatarların sxemində kolyaskalı əlilləri daşımaq üçün kupe vaqonlarında ikiyerli kupe (29-30-cu yerlər) olur. Minik zamanı belə sərnişinlərə tibb məntəqələri tərəfindən təhkim olunmuş yük daşıyan köməklik edir.
Əgər yolda kəskin infeksion xəstəliyi olan və ya ərzaqdan zəhərlənmiş sərnişin aşkar edilərsə, bələdçi bu barədə qatar rəisinə məlumat verməyə, xəstəni ayrıca kupedə izolyasiya etməyə və tibb işçiləri gələnədək aşkar edilən xəstələrlə ünsiyyətdə olan sərnişinlər barədə məlumatları yazmalı və təqdim etməlidir.
Təzə yerə köçürülənlərin daşınması köçürmə xidmətinin sifarişinə əsasən pulsuz həyata keçirilir. Belə sərnişinlərin gedişini tərtib etmək üçün qaçqınlıq statusu qəbul edildikdən sonra verilən göndərişi olması vacibdir.
Turistlər qrupunun daşınması qrup gediş sənədləri üzrə icra edilir. Həmin sənədlər həm maşın vasitəsilə, həm də əllə tərtib edilir. Turistlərin turist- ekskursiya qatarlarında gedişi müxtəlif yığım qəbzi üzrə tərtib edilir. Özü də bir qəbzlə təyinat məntəqəsinədək, digər qəbzlə isə geriyə. Turist öz günahı üzündən qatardan qaldıqda qatarın olduğu yerədək gediş onun hesabına həyata keçirilir.
Dostları ilə paylaş: |